20 Avqust 2022 01:50
1668
Qanunlar
A- A+

"Məhkəmələr və hakimlər haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Dəniz limanları haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci, 16-cı, 17-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455, № 11, maddə 683; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442, № 12 (I kitab), maddə 2525; 2019, № 1, maddə 22, № 7, maddələr 1196, 1206, № 12, maddə 1895; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897; 2022, № 1, maddə 5) 93-cü maddəsinin ikinci hissəsində "qüsurlarına" sözü "pozuntularına" sözü ilə əvəz edilsin.
Maddə 2. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 612; 2002, № 5, maddə 250, № 6, maddə 328; 2004, № 3, maddə 133; 2005, № 12, maddə 1079; 2006, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007, № 6, maddə 560; 2008, № 4, maddə 252, № 6, maddə 462; 2010, № 3, maddə 172, № 6, maddə 487; 2011, № 4, maddələr 252, 268, № 11, maddə 989; 2014, № 2, maddə 88, № 7, maddə 764; 2016, № 2 (II kitab), maddə 217, № 11, maddə 1759; 2018, № 11, maddə 2234) 17-ci maddəsinin VI hissəsinin birinci cümləsində "şikəst olmuş" sözləri "əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilsin.
Maddə 3. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828, № 11, maddə 1335; 2021, № 6 (I kitab), maddə 543, № 8, maddə 895; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.0.5-ci və 7.0.3-cü maddələrdə "qüsurları" sözü "pozuntuları" sözü ilə əvəz edilsin;
3.2. 7.0.1-ci maddədə "karlar və" sözləri "eşitmə qabiliyyəti tam məhdud olanlar, o cümlədən" sözləri ilə əvəz edilsin;
3.3. 7.0.2-ci maddədə "korlar və" sözləri "görmə qabiliyyəti tam məhdud olanlar, o cümlədən" sözləri ilə əvəz edilsin;
3.4. 7.0.5-ci maddədə "əqli cəhətdən geri qalanlar" sözləri "əqli geriliyi olanlar" sözləri ilə əvəz edilsin;
3.5. 13.1.1-ci maddədə "qüsurları" sözü "pozuntuları" sözü ilə, "kəkələmə" sözü "qeyri-iradi nitq pozuntusu" sözləri ilə əvəz edilsin;
3.6. 13.1.2-ci maddədə "(karlar, zəifeşidənlər və sonradan karlaşanlar)" sözləri "(eşitmə qabiliyyəti tam və qismən məhdud olanlar və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər)" sözləri ilə əvəz edilsin;
3.7. 13.1.3-cü maddədə "(korlar, zəifgörənlər, çəpgözlər və s.)" sözləri "(görmə qabiliyyəti tam və qismən məhdud olanlar, çəpgözlüyü olanlar və s.)" sözləri ilə əvəz edilsin;
3.8. 13.1.4-cü maddədə "(əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi)" sözləri "(əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar)" sözləri ilə əvəz edilsin;
3.9. 13.1.6-cı maddədə "kar-korlar" sözləri "eşitmə-görmə qabiliyyəti tam məhdud olanlar" sözləri ilə əvəz edilsin;
3.10. 14.1-ci maddədə "nitqi qüsurlu" sözləri "nitq pozuntusu olan" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1,     maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, №5, maddə 474, №11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019,    № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 8, maddə 898, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314; Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanunu) 9.1.3-cü maddəsində "şikəstlik" sözü "əlillik" sözü ilə əvəz edilsin.
Maddə 5. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011,   № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829, № 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanunu) 11.1-ci maddəsinin birinci cümləsində "qüsurlara" sözü "pozuntulara" sözü ilə əvəz edilsin.
Maddə 6. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 6, maddə 481, № 8, maddələr 694, 710; 2009, № 6, maddə 399, № 11, maddə 878; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 11, maddə 944; 2011, № 2, maddələr 71, 72; 2012, № 11, maddə 1040; 2015, № 10, maddə 1089; 2016, № 6, maddə 984; 2017, № 5, maddə 729, № 7, maddə 1252; 2018, № 3, maddə 398, № 12 (I kitab), maddə 2473; 2019, № 5, maddə 797, № 12, maddə 1885; 2020, № 7, maddə 830; 2021, № 8, maddə 902; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 4.2-ci maddədə "qüsurlarına" sözü "pozuntularına" sözü ilə əvəz edilsin;
6.2. 37.3.1-ci maddədən ", yaxud şikəstliklə" sözləri çıxarılsın.
Maddə 7. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547, № 8, maddə 898, № 12, maddələr 1315, 1338; Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli və 27 may tarixli   541-VIQD nömrəli qanunları) 17.5.4-cü və 17.7-ci maddələrində "qüsuru" sözü "pozuntusu" sözü ilə əvəz edilsin.
Maddə 8. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987; 2018, № 10, maddə 1979, № 11, maddə 2226; 2019, № 4, maddə 579, № 11, maddə 1685; 2020,   № 7, maddə 831; 2021, № 6 (I kitab), maddə 548, № 8, maddə 896) 33.1.1.6-cı və 43.2.2-ci maddələrində "qüsurları" sözü "pozuntuları" sözü ilə əvəz edilsin. 
Maddə 9. "Dəniz limanları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990; 2020, № 6, maddə 663; 2021, № 8, maddə 903)   3.1.22-ci maddəsində "şikəstliyinə" sözü "xəsarət almasına" sözləri ilə əvəz edilsin. 
Maddə 10. "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012; 2019, № 6, maddə 986, № 12, maddə 1881; 2020, № 6, maddə 664, № 7, maddələr 831, 851, № 11, maddə 1335; 2021, № 8, maddə 895) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 1.0.10-cu maddədə "qüsurların" sözü "pozuntuların" sözü ilə əvəz edilsin;
10.2. 1.0.16-cı maddədə "nitqi qüsurlu" sözləri "nitq pozuntusu olan" sözləri ilə əvəz edilsin.
Maddə 11. "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851, № 11, maddələr 1323, 1335, № 12 (I kitab), maddə 1421; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548, № 8, maddə 895, № 11, maddə 1210; Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanunu) 18.2.5-ci maddəsində "qüsurları" sözü "pozuntuları" sözü ilə əvəz edilsin.
Maddə 12. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548; Azərbaycan Respublikasının 2022-ci il   13 may tarixli 535-VIQD nömrəli Qanunu) 1.0.26-cı maddəsində "qüsurlarının" sözü "pozuntularının" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video