25 Yanvar 2022 00:18
662
CƏMİYYƏT
A- A+

MEDİA və DGK cənub bölgəsində jurnalistlər üçün təlim keçir

 

Dövlət Gömrük Komitəsinin (DGK) və Medianın İnkişaf Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim keçirilir. Tədbirdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, təlimin məqsədi Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar çərçivəsində tətbiq edilən yeniliklər, reallaşdırılan layihələr, baş tutan dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılmasıdır.

MEDİA İnkişaf Agentliyinin əməkdaşı Pərvanə İbrahimova qeyd edib ki, ölkənin müxtəlif orqanlarında həyata keçirilən islahatlar barədə məlumatların cəmiyyətə düzgün çatdırılmasını, müxtəlif hədəf qruplarının bu sahədə baş verən dəyişikliklərin məzmun və mahiyyətindən zamanında xəbərdar olmasını, bu xüsusda dövlət qurumlarının media subyektləri ilə peşəkar əməkdaşlığının gücləndirilməsini təmsil etdiyi qurum daima diqqət mərkəzində saxlayır: “Biz jurnalistlərin sahəvi biliklərinin artırılması məsələlərinə xüsusi önəm veririk və bu təlimin faydalı olacağına əminik”.

Təlim çərçivəsində gömrük mütəxəssisləri bu sahədə risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, “Yaşıl Dəhliz” buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair, media mütəxəssisləri isə “Media islahatları: əsas hədəflər” mövzusunda təqdimatlar keçiblər.

Təlim çərçivəsində jurnalistlər Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna səfər ediblər. Səfər zamanı jurnalistlər gömrük sistemində tətbiq edilən yeniliklərlə əyani şəkildə tanış olublar.

Təlim bu gün başa çatacaq.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video