28 Yanvar 2022 17:31
1009
Mədəniyyət
A- A+

Mədəniyyət naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

 

Mədəniyyət naziri Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Kərimov artıq 30 illiyi qeyd edilən Azərbaycan-BMT münasibətlərindən söz açıb, ölkəmizin təşkilatın bir sıra institutları ilə fəal və səmərəli əməkdaşlığını vurğulayıb.

Birgə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı dəstəyin əhəmiyyətini diqqətə çatdıran nazir müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən və BMT tərəfindən dəstəklənən “Bakı Prosesi” təşəbbüsünü xatırladıb, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbir və layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin nazir dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə elan etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal çağırışı barədə məlumat verib. Bildirilib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Eyni zamanda, bu layihənin “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və ölkəmizin onun əsas ideyalarına sadiqliyini nümayiş etdirdiyi qeyd edilib.

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Vladanka Andreeva qəbula görə nazirə təşəkkürünü bildirib. BMT-nin Azərbaycanla uzun illərə söykənən ikitərəfli əlaqələrinə istinad edərək birgə əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə inandığını və bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş Azərbaycanla BMT arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, gələcək əməkdaşlıq imkanları, yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video