08 Sentyabr 2022 09:24
370
Mədəniyyət
A- A+

Mədəniyyət naziri ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələri ilə görüşüb  

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 7-də ölkəmizdə səfərdə olan ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələrindən ibarət heyəti qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələn Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri, cəmiyyətin üzvləri Nigar Pənahova və Seva Əzimova, məşhur rəqs şirkətinin icraçı direktoru Andryu Çanq, türkəsilli amerikalı jurnalist Cemil Fatih Özyurt və digərləri iştirak ediblər.

Nazir qonaqları səmimi salamlayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin mühüm rolu olduğunu vurğulayıb.

Anar Kərimov bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş Qərargahında, eləcə də bu ölkənin bir sıra mədəniyyət müəssisələrində keçirilən görüşlər barədə məlumat verib. Deyib ki, ABŞ-da yaşayan diasporumuz Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Nazir mədəniyyət sahəsində əməkdaşlıqda, eləcə də mədəni irsimizin təbliğində diaspor təşkilatlarının dəstəyinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsü və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də nümayəndə heyətinə məlumat verən Anar Kərimov deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir. Qeyd olunub ki, bu qlobal kampaniya, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətimizə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən diaspor nümayəndələri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdə iştiraklarından məmnunluqlarını ifadə ediblər. Bundan sonra da mədəniyyətimizin təbliğinə yönələn layihələrə dəstək olacaqlarını vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video