31 Avqust 2024 15:29
94
SİYASƏT
A- A+

MDB PA-nın koordinatoru: Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara uyğundur

 

Avqustun 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun üzvləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, görüş imkanının yaradıldığına görə təşəkkürünü bildirən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini, MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin missiyanın tərkibi və fəaliyyəti haqqında məlumat verib.

O, seçki prosesinin müşahidəsi çərçivəsində Azərbaycanda bir sıra görüşlər keçirdiklərini, Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və namizədlərin seçkilərdə iştirakı üçün yaradılmış şəraiti müsbət qiymətləndirdiklərini vurğulayıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB PA müşahidəçilərinin təmsil etdikləri ölkələrin bir-biri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğunu bildirib, bu cür missiyaların təşkilata üzv ölkələr arasında seçki təcrübəsinin mübadiləsi baxımından önəmini qeyd edib.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın demokratik seçki təcrübəsinə malik olduğunu, 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Tahir Budaqov bu seçkilərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra bütün ölkə ərazisində keçirilən ilk parlament seçkiləri olmasını xüsusi vurğulayaraq seçkilərə hazırlıq tədbirləri haqqında ətraflı məlumat verib, seçkilərlə bağlı fəaliyyətin partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli iclasında təsdiq etdiyi Tədbirlər Planı əsasında ölkənin seçki qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirib, missiya üzvlərinin suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video