Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Fransız müstəmləkəçiliyinə qarşı barışmaz mübarizə Martinikdə də davam edir. Adada bir aydan artıqdır davam edən etiraz aksiyaları barədə Fransa mətbuatında az yazılır. Yalnız Paris etirazları yatırtmaq üçün adalara xüsusi polis kontingenti göndərmək qərarına gələndə Avropa mediası bu barədə yazmağa başlayıb.
Son günlər Martinikdə yerli sakinlər qiymət artımına qarşı dinc etiraz aksiyası keçirirlər. Taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobilləri sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulublar. Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər.
Media xəbər verir ki, sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək qiymət artımını pisləyiblər. Bildirilir ki, şəhərlərarası strateji marşrutların əksəriyyəti bağlanıb. Yük avtomobilləri sürücüləri vəziyyətin dəyişmədiyi, tələblərinin eşidilmədiyi təqdirdə etirazlarını davam etdirəcəklərini söyləyiblər.
Səhiyyə sektoru da yeni tətillər planlaşdırıb. Həmkarlar İttifaqları sakinləri qeyri-müəyyən müddətə tətil etməyə çağırıb.
Martinik İcraiyyə Şurasının sədri postkolonial iqtisadi sistemin sona çatdığını bildirərək yerli istehsala üstünlük verməyin vacibliyini vurğulayıb.
Əhali Fransanın kolonial siyasətinə, hüquqlarının kobud şəkildə pozulmasına, kəskin sosial duruma qarşı çıxır, Parisdən müstəmləkəçilik siyasətinə son qoyulmasını və müstəqillik tələb edir.
Fransa hökumətinin Martinik torpaqlarında istifadə etdiyi zəhərli maddələr kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb, əhalinin sağlamlığına ciddi ziyan vurub. Məhz bunların nəticəsidir ki, Martinik dünyada ən çox onkoloji xəstəliklərdən əziyyət çəkən ərazidir.
Martinikdəki etirazlar Fransa hökumətini repressiya aparatının sərt alətini - xüsusi təyinatlı polis qüvvələrini adaya göndərməyə sövq edib. Hər şey Yeni Kaledoniyada olduğu kimidir…
Euronews telekanalı xəbər verir ki, 1959-cu ildə Fransada Əlcəzair üsyanını qanla yatırdığına görə qadağan olunmuş həmin xüsusi təyinatlılar adaya gəliblər. Həmin hadisədən sonra xüsusi təyinatlılardan yalnız son çarə kimi istifadə olunub, məsələn, 2009-cu ildə Qvadelupada iğtişaşların yatırılması zamanı.
Polis gözyaşardıcı qazdan istifadə edib. Bütün bunlar vətəndaşları kəskin etiraz addımları atmağa məcbur edir, hətta yollarda avtomobillərə od vurulur.
Qeyd edək ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransada, eləcə də onun müstəmləkəsi olan dənizaşırı departament və ərazilərdə sosial və siyasi gərginlik xeyli artıb. Fransanın iqtisadi böhranlarla, "Sarı jiletlilər" kimi ictimai hərəkatlarla və qeyri-populyar islahatlarla üzləşdiyi dönəmində dənizaşırı ərazilər də tarixi bərabərsizliklə, daha da ağırlaşan problemlərlə qarşılaşıb.
Son illərdə Yeni Kaledoniya, Qvadelupa, Martinik, Reunyon və Mayot kimi ərazilərdə yaşayış səviyyəsinin bahalığına, ictimai xidmətlərə çıxışın və iqtisadi perspektivlərin olmamasına qarşı nümayişlər daha da çoxalıb, əhali yüksək işsizlik, zəif infrastruktur və təhlükəsizlik problemləri ilə üzləşib.
R.CƏFƏROV,
"Azərbaycan"
Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub
Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK
Tramp Harrisi yalan danışmaqda itiitham etdi
Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq
Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb
Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
“Qarabağ” məğlubiyyətlə başladı
Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib
Ermənistanda məyusluq hökm sürür
Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir
Ölkəmizdə dağ turizmi də inkişaf edir
Cəbrayıl - Qayıdışın yeni ünvanı
Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vüsalın şəhadət zirvəsi
Ziyanın nuru
Əbədi ehtiram ünvanı
Suverenliyin gerçəkliyi22 Sentyabr 2024
Bizi taleyimizin sahibi edən böyük gün21 Sentyabr 2024
Xankəndi öz gününü bayram sevinci ilə yaşayır20 Sentyabr 2024
DÖVLƏT SUVERENLİYİ GÜNÜNÜZ MÜBARƏK, QALİB AZƏR BAYCANIN QÜRUR LU ÖVLADLARI!20 Sentyabr 2024
Azərbaycanı bütövləşdirən zəfər20 Sentyabr 2024
23 saat 43 dəqiqə...19 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!