19 Sentyabr 2025 01:30
11853
ELANLAR
A- A+
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT


Məsləhətçinin İxtisasına Əsaslanan Seçim (MİƏS)

Layihənin Adı: Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant Nömrəsi: TF-C8884
Tapşırığın Adı: Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırma
Satınalma Planının İstinad Nömrəsi: AZ-MOEC-CS-CQS-02
Ölkə: Azərbaycan

1.      Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.

2.      Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını əhatə edir.

Məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və yenilənmiş və təkmilləşdirilmiş texniki-iqtisadi əsaslandırmanı təqdim etmək üçün tələb olunan əlavə təhlilləri həyata keçirəcək. Tapşırığa, digər məsələlərlə yanaşı, baza göstəricilərinin yenilənməsi, bərk tullantıların vahid idarə olunması üzrə investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlilin aparılması, konseptual layihənin və tender sənədlərinin hazırlanması daxildir.

Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2025-ci ilin noyabr ayında başlanılması nəzərdə tutulur.

Tapşırığın ehtimal olunan ümumi dəyəri 505,000 ABŞ dollarıdır.

Təhvil veriləcək işlərin gözlənilən  icra cədvəli aşağıda göstərilmişdir:

Təhvil veriləcək iş

Müddət

D-1: Başlanğıc (İlkin) Hesabat – ilkin müşahidələrin təqdim olunduğu və vaxt cədvəlinə təsir edən və bu Texniki Tapşırığa aid amilləri əhatə edən nəticələrin vurğulandığı hesabat

Müqavilə imzalandıqdan sonra 4 həftə ərzində

D-2: Yenilənmiş baza göstəriciləri və tullantıların gələcəkdə yaranması üzrə hesabat

Müqavilə imzalandıqdan sonra 2 ay ərzində

D-3: Təkliflər və investisiyaların prioritetləşdirilməsi daxil olmaqla, yenilənmiş texniki-iqtisadi əsaslandırma layihəsi və investisiya planının layihəsi

Müqavilə imzalandıqdan sonra 4 ay ərzində

D-4: Konseptual layihə, texniki şərtlər və tender sənədlərini əhatə edən yekun yenilənmiş texniki-iqtisadi əsaslandırma hesabatı

Müqavilə imzalandıqdan sonra 6 ay ərzində

Xidmətlər üzrə ətraflı Texniki tapşırığı (TT) aşağıdakı keçiddən əldə edə bilərsiniz:

 

https://www.dropbox.com/scl/fi/b6dwhuns9th7ht5fpf6xw/ToR_FS_for_Absheron_Waste_Shed_17.09.2025_WB_NO.docx?rlkey=l5qqa5y063o60ejq4j25b7vwj&st=hgbm1vut&dl=03.

 

3.    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (İcraçı Qurum) hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan Xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.

4.    Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

(i)       Ümumi Təcrübə: a) Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi; b) Dünya Bankı və ya digər beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrdə sübut olunmuş təcrübə.

(ii)     Xüsusi Təcrübə: Mövcud vəziyyətin təhlili, investisiya planı və xərclərin hesablanması, maliyyə və iqtisadi təhlil, tullantıların vahid idarə idarəetmə sistemləri üçün konseptual layihələrin və tender sənədlərinin hazırlanması daxil olmaqla, bərk məişət tullantılarının idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmaların aparılması sahəsində təsdiqlənmiş təcrübə.

(iii)   Qafqaz ölkələrində təcrübə və tapşırıq üçün tələb olunan ixtisaslı mütəxəssislərin mövcudluğu.

Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər individual olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş Məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.

5.    Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər ən azı aşağıdakı dəstəkləyici sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company),   eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.

(i)       Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.

(ii)     Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.

(iii)   Bu Maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.

(iv)   Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.

6.    Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.

7.    Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.

8.    Maraq ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 30 sentyabr 2025-ci il tarixinədək təqdim olunmalıdır.

Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanından əldə etmək olar:

Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu

Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail:
[email protected] 

 

Əlavə: Forma-1 (Oxşar Müqavilələr)

Məsləhətçi şirkətin adı: ____ (Birgə müəssisə şəklində müraciət edilərsə, hər bir tərəfdaş üçün ayrıca forma təqdim olunmalıdır.)

s/s

Müddət (tarix aralığı)

Tapşırığın adı

Xidmətlərin əhatə dairəsi və əsas təhvil verilən işlərin qısa təsviri

Müqavilənin təxmini dəyəri (ABŞ$ ekv.) / Şirkətinizə ödənilmiş məbləğ

Sifarişçinin adı və ölkəsi

Tapşırıqda rolu

1

məs., yanvar 20__ – aprel 20__

məs., “...... keyfiyyətinin yaxşılaşdırılması”

məs., ...... səmərələşdirilməsi üçün baş plan hazırlanmışdır;

məs., 1 milyon ABŞ$ / 0,5 milyon  ABŞ$

məs., ___ Nazirliyi, ______ (ölkə)

məs., A&B&C birgə müəssisəsində aparıcı tərəfdaş

2

məs., yanvar – may 20__

məs., “Yerli idarəetmə orqanına dəstək......”

məs., ...... üzrə ikinci dərəcəli normativ aktlar hazırlanmışdır.

məs., 2 milyon ABŞ$ / 0,2 milyon ABŞ$

məs., __ bələdiyyəsi, ____ (ölkə)

məs., Fərdi (müstəqil) məsləhətçi

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!