16 Yanvar 2022 00:18
812
Elm və texnika
A- A+

Marafon yarışının təşkili ideyasını fransız verib

 

Marafon qaçışının təşkili ideyasını ilk dəfə 1896-cı ildə fransız filoloq Mişel Breal irəli sürüb. Bu təşəbbüsü müasir Olimpiya oyunlarının əsasını qoyan Pyer de Kuberten və digər yunan təşkilatçılar dəstəkləyiblər.

Marafon qaçışının tarixi  qədim Yunanıstanla bağlı olsa da, o zaman belə bir idman növü olmayıb. Marafon qaçışının yaranması çox maraqlı tarixi hadisə ilə bağlıdır. Əhəmənilər dövlətinin hökmdarı I Dara Yunanıstana hücum edərək bir sıra yunan şəhərlərini özünə tabe edir. Marafon şəhəri uğrunda e.ə. 490-cı ildə baş verən döyüşdə afinalılar qalib gəlir. Rəvayətə görə, Afina döyüşçülərindən biri - Fidippid Marafon həmyerlilərinə qələbə xəbərini çatdırmaq üçün dayanmadan doğma şəhərinə doğru qaçır və şəhərə gəlib çatan kimi “Sevinin, afinalılar, biz qalib gəldik!” deyərək ölür.

Afinalı döyüşçünün Marafondan Afinaya qədər qaçması 1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yeni yarış növünün - marafon qaçışının təsis olunmasına gətirib çıxarır. 1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər həqiqi məsafəni ölçüb və onun 34,5 kilometr olduğu müəyyən edilib. 1896-cı ildə keçirilən ilk müasir Olimpiya oyunlarında və 2004-cü ilin Olimpiya oyunlarında marafon qaçışı Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib.

Marafon 1896-cı ildən Olimpiya oyunlarında kişilər, 1984-cü ildən isə qadınlar arasında yüngül atletika yarışlarının proqramına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video