30 Noyabr 2022 01:32
249
DÜNYA
A- A+

Makronun cinayətləri araşdırılır

 

Fransanın milli maliyyə prokurorluğu istintaqı genişləndirir

 

Son vaxtlar Fransa qəzetlərinin manşetləri Emmanuel Makronun seçki kampaniyalarının mümkün qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı xəbərlərlə doludur. Fransanın milli maliyyə prokurorluğu və üç istintaq hakimi Amerikanın "McKinsey" konsaltinq şirkəti ilə Beşinci Respublika prezidentinin yaxın ətrafı arasında əlaqəni üzə çıxarmağa çalışırlar.
"McKinsey" tərəfindən korporativ vergilərin ödənilməməsi və çirkli pulların yuyulması ilə bağlı əvvəlki ittihamlara "favoritçilik" ifadəsi də əlavə edilib. Bu o deməkdir ki, araşdırılan məsələlər arasında Amerika ofisinin Fransada hökumət müqavilələri bağlayarkən imtiyazlara sahib olub-olmaması mülahizəsi var.
Emmanuel Makronun adının cinayət əməllərində hallanması ilk dəfə deyil. Beş il əvvəl qalmaqallı siyasətçi korrupsiyada şübhəli bilinirdi. Maliyyə naziri olduğu müddətdə o, Las-Veqasda ziyafət təşkil etmək üçün tender keçirmədən bir reklam firmasını seçmişdi. Həmin tədbirin rəsmi məqsədi ABŞ-də fransız biznesinin təşviqi olunması idi. Təxminən eyni zamanda Makronun bəyan etdiyi məbləğlərin əslində qazandıqları ilə uyğun gəlmədiyi ortaya çıxdı. Belə qənaətə gəlindi ki, Fransanın gələcək lideri vergi xidmətini aldatmağa çalışıb. Bundan sonra isə prezidentlik kampaniyası zamanı bütün seçiciləri aldatmağa cəhd edib.
"Le Figaro" qəzeti yazır ki, Fransa maliyyə prokurorluğu "McKinsey işi üzrə ibtidai istintaqı genişləndirəcək və Emmanuel Makronun seçki kampaniyasının maliyyələşdirilməsi şərtlərini yoxlayacaq. İstintaqlar həmçinin "favoritçiliyə" və onun prezident tərəfindən gizlədilməsi şübhələrinə də aiddir.
Fransa mətbuatı dövlət başçısının mümkün cinayət əməlləri ilə bağlı səs-küylü başlıqlar seçib. Qəzetlərin birinci səhifələrində Prezident Makronun hər iki seçki kampaniyasının Amerikanın "McKinsey" konsaltinq şirkəti tərəfindən qeyri-qanuni şəkildə maliyyələşdirilməsi və bu xərclərin rəsmi olaraq heç bir yerdə göstərilməməsi ilə bağlı ittihamlar yer alıb. Maraqlısı odur ki, xeyriyyəçi iş adamları öz namizədlərinin qələbəsindən sonra böyük məbləğdə dövlət kontraktlarına yiyələniblər. Bundan əlavə, Beşinci Respublika ərazisində fəaliyyət göstərən şirkət yüz milyonlarla avronu fırlatsa da, 9 il ərzində heç bir korporativ vergi ödəməyib. Yelisey Sarayı əvvəlcə susub, amma sonradan izahat verməli olub.
Bununla bağlı Makron deyib: "Biz artıq seçki kampaniyası zamanı bütün bunlar haqqında danışmışıq. Mən də şərhlər vermişəm. Vergidən yayınma ittihamlarını mətbuatdan öyrəndim. Qoy ədalət məhkəməsi öz işini görsün. Bu, normaldır". Fransız siyasətçiləri üçün özəl investorlardan və əcnəbilərdən pul almaq yad hal deyil. Sabiq prezident Nikola Sarkozi kosmetika konserninin sahibi olan Betankur ailəsindən dəfələrlə "bəhrələnib" və seçki kampaniyası üçün Müəmmər Qəzzafidən 50 milyon avro almaqda ittiham olunub. Sarkozi artıq prezident Makronun dövründə korrupsiyada və əcnəbilərdən rüşvət almaqda ittiham edilərək həbsxanaya göndərilib. Ola bilər ki, bu yolla Makron potensial rəqiblərindən qurtulub. Amma sonda özü də oxşar qalmaqalın fiqurantı oldu… Və bu dəfə, çətin ki, asanlıqla yaxasını qurtara bilsin.

R.HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video