23 Noyabr 2024 08:40
111
SİYASƏT
A- A+
Lüksemburq Deputatlar Palatasının Fransa niyyətli qətnaməsi

Lüksemburq Deputatlar Palatasının Fransa niyyətli qətnaməsi


COP29-a ev sahibi seçilməsi ölkəmizin dünya miqyasında nüfuzunun günbəgün daha artmasının, eləcə də qlobal əhəmiyyətli məsələlərin həllində hər zaman yaxından iştirak etməsinin nəticəsi idi. 

Dünyanın 200-dək ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündən ev sahibinin - Azərbaycanın yüksək təşkilatçılıq bacarığı nümayiş etdirməsi seçimin çox düzgün edildiyini təsdiqlədi. 

Azərbaycan indiyədək də bir çox böyük və əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkan olmuşdu. Bu sahədə geniş təcrübəyə malik idi. Lakin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası dünyada çox böyük və ən mötəbər tədbir hesab olunur. COP-un məqsədi bütün dünya üçün olduqca əhəmiyyətlidir. Bəşəriyyətin gələcəyi üçün təhdidə çevrilmiş iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, qlobal problemin həlli istiqamətində əməkdaşlığın genişləndirilməsi, birlikdə çıxış yollarının aranması və digər mühüm mövzular bu beynəlxalq tədbirin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Odur ki, hər bir dövlət üzərinə düşən məsuliyyəti nəzərə almalı, iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə öz töhfələrini verməlidir.

Ancaq təəssüf ki, belə bir həssas və vacib məsələdə də qərəzkarlığını, fitnəkarlığını nümayiş etdirənlər oldu.

Ölkəmizin dünyada gündən-günə yüksələn nüfuzunu, Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsini gözü götürməyənlər yenə də suyu bulandırmağa cəhd etdilər. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərindən sonra işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı tikinti-bərpa, quruculuq işlərindən, Ermənistanla sülhün real görünməsindən əndişələnən, planları boşa çıxan Fransa BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə evsahibliyi edən Azərbaycanın əleyhinə aparılan çirkin kampaniyada  xüsusi fəallıq göstərir. 

Lakin Cənubi Qafqazda müharibə alovunu körükləmək üçün Ermənistandan istifadə etməyə çalışan Fransanın mənfur planlarının əksinə olaraq, Azərbaycandan dünyaya sülh və əmin-amanlıq içərisində əməkdaşlıq etmək, birlikdə bəşəriyyəti təhlükələrdən qorumaq çağırışları səslənir.

Bütün bunlar yalnız öz mənafeyini güdən, məqsədi gərginlik yaratmaq olan Emmanuel Makron hökumətini qeyzləndirdi. Ancaq bu dəfə də hiddəti, qəzəbi, qərəzi ilə Azərbaycanın xeyirxah əməllərinin qarşısını ala, xoş niyyətinin həyata keçirməsinə maneçilik törədə bilmədi. 

Ölkəmiz əleyhinə səfərbər olan bu riyakar qüvvələrə Prezident  İlham Əliyev noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışları zamanı bir daha əsaslı şəkildə cavab verdi.

Noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı. Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəfə alınmasına etiraz edildi. Bu xüsusda, Azərbaycanın evsahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu bildirildi.

Eyni zamanda Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırıldı. Azərbaycanı hədəfə alan, həmçinin normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb edildi.

Ərazi bütövlüyünü və suverenliyini bərpa edərək erməni separatizminə son qoyan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına yerinə yetirən ölkəmizin müstəqil siyasət yürütməsi, prinsipial mövqeyi Fransa başda olmaqla erməni lobbisinin sözçüsünə çevrilənlərin əsl simalarını ortaya çıxarır.

Emmanuel Makron hökumətinin və erməni lobbisinin anti-Azərbaycan sərsəmləmələrinin səngimədiyi, erməni separatizminə son qoymuş ölkəmizə qarşı hər vasitədən istifadə etməyə səy göstərdiyi məlumdur. Dünyada heç bir mövqeyə və nüfuza malik olmayan "cırtdan" dövləti - Lüksemburqu da bu kampaniyaya qoşublar. Ermənistanın əsas havadarı olan Fransanın əlaltısına çevrilmiş, diktəsi ilə hərəkət edən Lüksemburqun Azərbaycana qərəzli münasibətinin səbəbi budur.

İkili standartları rəhbər tutan Lüksemburq Deputatlar Palatasında bu il noyabrın 20-də Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında terror aktlarına imza atan şəxslərin azad olunmasını tələb edən "qətnamə" qəbul edilib. Heç bir hüquqi əsası olmayan bu qətnamə, sadəcə, ölkəmizə qarşı yönəlmiş siyasi riyakarlığın bariz nümunəsidir. 

Qəbul edilən "qətnamə"də Azərbaycan Xarici İşlər Nazirliyinin 26 avqust 2024-cü il tarixli qərarı ilə lüksemburqlu deputatlar Oktav Moder və İv Kruxteni də daxil olmaqla AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" (persona non grata) elan etməsinə qarşı bənd də salınıb. Rəsmi Bakıdan bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürmək tələb olunub.

Əslində, bu qətnamədəki böhtanla, qərəzlə Lüksemburq parlamentariləri ilk dəfə deyil ki, mövqelərini sərgiləyirlər. Lüksemburqda anti-Azərbaycan əhvali-ruhiyyə çoxdan hiss olunur. Hələ bu ilin mayında Ermənistana səfər edən Lüksemburqun Deputatlar Palatasının sədri də bu ölkənin parlamentində çıxışı zamanı Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib. Şübhəsiz ki, həmin səfər də Fransanın göstərişi ilə baş tutmuşdu.

Bir faktı da diqqətə çatdıraq ki, Lüksemburqda fransız dili əsas dil kimi qəbul edilib. Palatanın separatizmə və terrorizmə dəstək verən qətnaməsinin kimlərin təsiri ilə verildiyini təsdiq edən faktlardan biri də budur. Bu "qətnamə"də erməni lobbisinin, Emmanuel Makron hökumətinin təşviqi açıq-aydın görünür. Lüksemburq parlamentariləri növbəti dəfə ikiüzlü siyasət yürütdüklərini, maliyyə dəstəyi və Fransanın buyruğu ilə hərəkət etdiklərini bir daha təsdiqlədilər. 

Görünür, Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğalı altında saxlamasına, azərbaycanlılara qarşı qırğınlar, soyqırımları törətməsinə, doğma yurdlarından didərgin salmasına laqeyd qalan Lüksemburq Deputatlar Palatasının üzvləri də erməni lobbisindən daha çox maliyyə yardımı almaq uğrunda özlərini oda-közə vurublar.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ballistik raketlər istehsalı üzərində işləyir  

11:10
23 Noyabr

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

11:01
23 Noyabr

Dünyanın ən hündür və ən qısaboy qadınları Londonda görüşüblər  

10:40
23 Noyabr

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat alıb  

10:39
23 Noyabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:19
23 Noyabr

Putin: Bu gün dünyada “Oreşnik”i ələ keçirə biləcək vasitə yoxdur  

10:05
23 Noyabr

“Cumhuriyet”: COP29 qlobal ekoloji gündəmdə Türkiyənin mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır  

09:55
23 Noyabr

COP29 iştirakçısı: Asiya və Avropa arasında körpü olan Azərbaycanın inkişaf etmiş mədəniyyəti var  

09:33
23 Noyabr

Ömrünü hüquq elminin inkişafına həsr etmiş fədakar alim

09:10
23 Noyabr

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri başa çatıb

09:05
23 Noyabr

Daşkəsəndə bitən nadir bitkilərə ikinci həyat verilir

09:00
23 Noyabr

COP29 günlərində Azərbaycan həm də multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi

08:55
23 Noyabr

"Zəfərimiz kimi COP29-un da əks-sədası uzun illər kəsilməyəcək"

08:50
23 Noyabr

COP29 uğurlu təcrübə kimi tarixə düşəcək

08:45
23 Noyabr

Lüksemburq Deputatlar Palatasının Fransa niyyətli qətnaməsi

08:40
23 Noyabr

Xarici investorların Azərbaycana marağı artıb

08:35
23 Noyabr

"Ümidlər Bakıyadır"

08:30
23 Noyabr

"Yaşıl dünya"naminə inklüzivlik

08:25
23 Noyabr

Heydər Əliyev Fondunun"yaşıl töhfə"si

08:20
23 Noyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:15
23 Noyabr

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:10
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!