02 Dekabr 2022 01:04
194
İDMAN
A- A+

Levandovski fransızları favorit görür

 

"Argentinaya qarşı oyunun çətin olacağını bilirdik. İlk dəqiqədən mübarizə apardıq, amma yekunda uduzduq. Fasilədən sonra qol buraxmaq çətin oldu. Argentinanın çox yaxşı oyunçuları var. Uduzsaq da, yekunda növbəti mərhələyə yüksələ bildik". 
"Qol.az"  xəbər verir ki, bu sözləri Polşa millisinin futbolçusu Robert Levandovski mundialın qrup mərhələsinin 3-cü turunda Argentinaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Məğlubiyyətə baxmayaraq, Polşa qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib. Komanda 1/8 finalda Fransa ilə qarşılaşacaq.
Levandovski həmin görüşlə bağlı söyləyib: "Favorit Fransadır. Onların əla komandası var. Amma biz Fransanın Tunisə uduzduğu oyunu da gördük. Beləliklə, hər şey mümkündür. Bu bizim üçün böyük sınaq olacaq. Biz bu gündən daha yaxşı oynamalı olacağıq".
Qeyd edək ki, dekabrın 4-də keçiriləcək Fransa - Polşa görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Hazırladı: Elçin CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video