28 Yanvar 2022 00:17
1085
Oxucu məktubları
A- A+

Lerikdə əhalinin su problemi həll olunur

 

Son illər dağlar diyarı Lerikdə əhalinin su problemi həll olunur. Artıq Mastayıl-Lerik alternativ su xəttinin çəkilişi başa çatdırılıb.

Prezidentin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə Geskon, Sors, Mulalan, Şingədulan kəndlərini daimi və keyfiyyətli su ilə təmin etmək üçün 1 milyon manat vəsait ayrılmışdır. Suyun əsas mənbəyi kimi Şivlə və Biləvər kəndlərindən 5-6 kilometr aralıdakı meşə massivində olan  Şüpək bulağı, Mulalan kəndindən  isə 4-5 kilometr məsafədə yerləşən Alaşar çayı seçilmişdir. Çəkiliş başa çatdıqdan sonra həmin kəndlərin yaxınlığında su anbarı inşa edilmiş, evlərə yaxın məsafələrdə bulaqlar quraşdırılmışdır. Bununla bərabər, ölkəmizdə fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti təşkilatı ilə birgə rayonun Siyov, Züvüç kəndlərinə su xətləri çəkilmiş və 36 tonluq anbar inşa edilmişdir.

 

Zəfər ORUCOĞLU,

Lerik rayonu Bradi kəndi

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video