13 Yanvar 2022 02:04
1214
Oxucu məktubları
A- A+

Lənkəranlı bağbanın arzusu

 

Səcrəddin Dadaşov Lənkəran rayonunun Şağlaser kəndində yaşayır. Uzun müddət kənd məktəbində müəllim kimi əmək fəaliyyəti göstərib. Yaş məhdudiyyəti ilə əlaqədar ötən tədris ilindən doğma işindən ayrılmalı olub.       

Səcrəddin müəllim həm də bağban kimi şöhrət qazanıb. Həyətyanı sahəsində istixana şəraitində müxtəlif növ meyvə ağacları, bəzək kolları, güllər yetişdirir. Bu təbiət inciləri Lənkəran rayonu ilə yanaşı, respublikamızın müxtəlif məkanlarında salınan bağ-bağçaların “sakini”nə çevrilib.

S.Dadaşova ölkəmizin, demək olar ki, hər guşəsindən müraciət edənlər olur. O da həvəslə hər çağırışa müsbət yanaşır, bağçılıq təsərrüfatı yaratmaq istəyənlərə əlindən gələn köməyi əsirgəmir.

Son bir ildə Vətən müharibəsində böyük Qələbədən doğan gözəl və əvəzolunmaz hisslər Səcrəddin müəllimin də qəlbini dağa döndərib. “Mən 1990-cı illərin əvvəllərini, həmin o ağrılı-acılı günləri çox yaxşı xatırlayıram”, - deyə S.Dadaşov bildirir. “Sevinirəm ki, Qarabağımızın üstündən qara buludlar artıq çəkilib. Bundan sonra dilbər guşələrimiz olan Şuşaya, Kəlbəcərə, Laçına rahatlıqla gedə biləcəyik. Biz bu şad günümüzə, böyük Qələbəmizə görə müzəffər Ali Baş Komandanımıza, rəşadətli Milli Ordumuza borcluyuq”.

“İndi sonsuz bir arzu ilə yaşayıram”, - deyə Səcrəddin müəllim sözünə belə davam edir: “Bəslədiyim ağacları, bəzək kollarını, gül-çiçəkləri təmənnasız olaraq Qarabağ torpağında əkməklə bu diyarın gülüstana çevrilməsində iştirak etməkdən məmnunluq hissi duyardım”.

Torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əydiyini söyləyən bağban şanlı tarixin məhz onların qanı bahasına yazıldığını qeyd edib: “Qazilərimizə Allahdan şəfa diləyirəm. Ulu Öndərimizin siyasi xəttini layiqincə davam etdirən dövlətimizin başçısına isə bizə bəxş etdiyi Qələbəyə, əmin-amanlığa görə dərin təşəkkürümü bildirirəm. Biz sadə vətəndaşlar Prezidentimizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.

 

Ağaddin BABAYEV,

Lənkəran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video