25 Sentyabr 2022 00:29
559
İQTİSADİYYAT
A- A+

Lənkəranda şəhərdaxili yollara asfalt döşənir

 

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda yol infrastrukturunun inkişafına da əhəmiyyətli yer verilib.

Hər il olduğu kimi, cari ildə də Lənkəran rayonunda yol tikintisi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq layihələr gerçəkləşdirilir. Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin tədbirlər planında şəhərin bütün küçələrinin tam asfaltlaşdırılması öz əksini tapıb. Küçələrin yeni asfaltla döşənməsi işləri dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq növbəlilik əsasında hissə-hissə həyata keçirilir. Hazırda şəhərin 8 küçəsinə asfalt örtüyü çəkilir. Ümumilikdə 4453 metr, 25832 kvadratmetr sahəyə asfalt örtüyünün döşənməsi nəzərdə tutulub. Bundan əlavə, abadlıq-quruculuq işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulur.  Cari ildə Liman şəhərində də 2 küçənin asfaltlaşdırılması nəzərdə tutulub.

Şəhər yollarının yüksək-səviyyəli asfalt örtüyü ilə döşənməsindən məmnun qalan Lənkəran sakinləri bu işdə əməyi keçən şəxslərə, dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

Ağaddin BABAYEV,

"Lənkəran" qəzetinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video