06 Avqust 2022 01:39
722
CƏMİYYƏT
A- A+

Layihənin icrası müzakirə edilib

 

Gəncə Şəhər İcra Hakimiyyətində şəhərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər müzakirə olunub.

Müzakirədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov iştirak ediblər.

Layihə çərçivəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verilərək bildirilib ki, şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43, kanalizasiya sisteminin yenidən qurulması üzrə 40 faizi başa çatıb. Qeyd edilib ki, Gəncənin mərkəzləşdirilmiş su təchizatı sisteminin yenidən qurulması zamanı sutəmizləyici qurğu da inşa ediləcək. Bu isə çirkli suların təmizləndikdən sonra texniki su kimi istifadəsinə imkan verəcək.

Görüşdə o da bildirilib ki, layihənin icrası zamanı baş verən ləngimələr, şəhərin müxtəlif ərazilərində aparılan qazıntı işlərindən sonra küçələrin asfalt örtüyünün bərpa edilməməsi, müvafiq işlərin görüldüyü bir sıra ərazilərdə asfalt örtüyünün çökməsi əhalinin haqlı narazılığına səbəb olub. Qeyd olunub ki, cari il ərzində layihə çərçivəsində işlərin davam etdirilməsi və mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video