02 Oktyabr 2022 01:10
353
Səhiyyə
A- A+

Laktozasız pendir

 

Laktozaya qarşı dözümsüzlüyü olanlar üçün ideal qida olan keçi pendiri digər pendir növləri ilə müqayisədə həm daha dadlı, həm də az kalorilidir. 
Xüsusilə bu pendir az yağlılığı ilə seçilir. Keçi pendiri ilə qidalanmaq doymuş yağ və xolesterinin miqdarını azaltmağa kömək edir. Keçi südünün tərkibində daha az laktoza var. Bu səbəbdən laktoza dözümsüzlüyü olanlar onu rahatlıqla istehlak edə bilərlər. 
Həmçinin keçi pendiri digər pendirlərə nisbətən daha az natrium ehtiva edir. Həddindən artıq natrium xroniki xəstəliklərə, hətta infarkt və insult kimi ölümcül xəstəliklərə səbəb ola bilər. 
Keçi pendiri inək pendirindən daha çox mineral və vitamin ehtiva edir. D, K, A vitamini ilə zəngin olan keçi pendirində tiamin, niasin və riboflavin kimi B vitaminləri də yüksəkdir. Tərkibindəki bol miqdarda kalsium sayəsində sümükləri, dişləri gücləndirməyə kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video