24 Noyabr 2022 17:03
534
DÜNYA
A- A+

Kreml: MDB ölkələrinin qeyri-rəsmi sammitinə hazırlıq gedir  

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardımı barədə bəyannamənin imzalanmaması bu təşkilatın mövcudluğunu şübhə altına qoymur.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, bəzi məqamlarla bağlı fikir ayrılığı var və bu, noyabrın 23-də İrəvanda keçirilən sammitdə iki sənədin imzalanmamasına səbəb olub. Lakin KTMT-nın mövcudluğu şübhə altında deyil.

Bundan əlavə, D.Peskov ilin sonunadək Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammitinin keçiriləcəyini də təsdiqləyib. Kremlin sözçüsü görüşə hazırlığın getdiyini bildirib.

D.Peskov jurnalistlərlə söhbətində “Cənub axını” qaz kəməri üçün potensial təhlükə olduğunu da vurğulayıb. O, Rusiya və Türkiyə prezidentlərinin qaz kəmərinin terror hücumlarından qorunması tədbirlərini nəzərdən keçirdiklərini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video