19 Sentyabr 2022 18:03
393
DÜNYA
A- A+

Kraliça II Elizabetin tabutu Vestminster Abbatlığından çıxarılaraq Vindzor qalasına aparılır

 

Böyük Britaniya Kraliçası II Elizabetin tabutu Vestminster Abbatlığından çıxarılaraq Vindzor qalasına aparılır.

AZƏRTAC xəbər verir ki, Abbatlıqda keçirilən mərasimdən sonra Londonun mərkəzindəki Big Ben saat qülləsinin zəngləri çalınıb, Hayd Parkda Kral Atlı Artilleriyasından artilleriya atəşi açılıb.

Sonra Kraliça II Elizabetin tabutu Vindzor qalasına son səfərə yola salınıb. O, yerli vaxtla saat 19:30-da dəfn olunacaq.

Vindzor qalası təxminən 1000 ildir 40 monarxın evi olub.

Vestminster Abbatlığında keçirilən mərasimdə Danimarka Kraliçası II Marqaret, Butan Kralı və Kraliçası, Yaponiya İmperatoru və İmperatriçəsi, Belçika Kralı Filip və Kraliça Mathilde, Hollandiya Kralı Villem-Aleksandr və Kraliça Maksima, İspaniya Kralı Felipe və Kraliça Letizia, İordaniya Kralı II Abdullah və xanımı Raniya, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden, Fransa Prezidenti Emanuel Makron və həyat yoldaşı, İsrail Prezidenti İshaq Hersoq və Braziliya lideri Bolsonaro iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabetlə ictimaiyyət sentyabrın 14-dən 18-nə kimi Londondakı Vestminster sarayında vidalaşıb.

O, Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video