17 May 2022 13:17
672
DÜNYA
A- A+

Kiyevə 40 milyard dollarlıq yardım paketi ABŞ Senatında prosedur səsverməsindən keçib  

 

Ukraynaya 40,1 milyard dollar həcmində yeni yardım paketi ABŞ Konqresinin Senatında prosedur səsverməsindən keçib. Təşəbbüs üzrə yekun səsvermə mayın 18-də keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, səsvermə ABŞ-ın qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb. Təşəbbüsün lehinə 81 senator, əleyhinə isə 11 senator səs verib. Mayın 18-də senatorların əksəriyyətinin yardım paketini dəstəkləyəcəyi, Prezident Cozef Baydenin isə sənədi imzalayacağı gözlənilir.

Qeyd edək ki, Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsi ötən həftə Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Prosesdə iştirak edən 368 konqresmen - demokratların hamısı və respublikaçıların əksəriyyəti onun lehinə, 57 respublikaçı isə əleyhinə səs verib.

Qanun layihəsi Kiyevə hərbi, iqtisadi və humanitar yardımın göstərilməsi üçün vəsaitin ayrılmasını nəzərdə tutur. Birbaşa hərbi yarıma, o cümlədən ukraynalı hərbçilərin təliminə və təminatına, həmçinin Amerika silahının tədarükünə 20 milyard dolların ayrılması planlaşdırılır. Bir müddət öncə Pentaqonun mətbuat katibi Con Kirbi Birləşmiş Ştatların mayın 19-dək Ukraynaya fasiləsiz silah tədarükünü təmin etmək üçün imkan olduğunu bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Kiyevə əlavə 33 milyard dollar yardım istədiyi halda Konqres bu məbləği 40 milyard dollara qədər artırıb və hərbi texnika və ərzaq yardımı üçün daha çox vəsaitin ayrılmasını təklif edib. Həmçinin mayın 9-da Cozef Bayden Kiyevə hərbi yardım göstərilməsi prosesini asanlaşdırmaq məqsədilə “lend-liz” qanununu imzalayıb. Bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukraynaya və Şərqi Avropanın digər ölkələrinə hərbi texnika çatdırmaq hüququ verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video