27 Yanvar 2022 14:41
439
Səfərlər

“Kitabi-Dədə Qorqud” dastanının özbək dilinə tərcüməsi başa çatıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi əsasında ən qədim yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı özbək dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, “Kitabi-Dədə Qorqud” dastanını orijinaldan özbək alim və tərcüməçisi Babaxan Şarif çevirib.

Dastan yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.

AMM-in direktoru Samir Abbasov bildirib ki, Mədəniyyət Mərkəzi bu il “Kitabi-Dədə Qorqud” dastanı - Azərbaycan və türk dünyasının şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə kitabın Daşkənddə nəşrini planlaşdırır.

AMM xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədilə “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə də yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video