16 Yanvar 2022 00:15
373
Səhiyyə

Kim sevirsə idmanı...

 

İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi bədənin tez yorulmasına, əhvali-ruhiyyənin enməsinə, bəzi insanlarda isə depressiyaya, bir sözlə, sağlamlıq problemlərinə gətirib çıxarır. Elmi faktlarla da sübuta yetirilib ki, fiziki iş görmək, idman hərəkətləri etmək, piyada gəzmək sağlamlığın əsas şərtlərindəndir. Buna görə də erkən yaşlardan fiziki cəhətdən fəal həyat sürmək vacibdir.

İdmanla məşğul olmağın ən başlıca səbəblərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır. Belə ki, idman hərəkətləri qanda olan trombların sorulmasına kömək edir və orqanizmin tez qocalmasının qarşısını alır. İnsan aktiv hərəkətlər etdikcə oksigen bədəndəki hər bir hüceyrəyə daxil olur. Bu zaman tənəffüs aktivləşir, qan dövranı yaxşılaşır, dəri təravətlənir. İdman insanın xroniki yorğunluğunu aradan qaldırır. Çünki bu zaman beyində əlavə oksigen ehtiyatı yaranır ki, bu da gün ərzində insanı yorulmağa qoymur.

İdman insana depressiv vəziyyətdən çıxmağa və yuxusuzluğu dəf etməyə kömək edir. Orqanizmdə adrenalin normaya düşür, digər stres əmələ gətirən hormonlar azalır.

 

Bədən güclənir, xəstəliklərə qarşı müqaviməti artır

 

Türkiyəli fiziki müalicə və reabilitasiya mütəxəssisi professor doktor Turan Uslu bildirir ki, idman etmək sayəsində əzələlər, ümumilikdə isə bədən güclənir və xəstəliklərə qarşı müqavimət artır. Uşaqlıq və gənclik yaşlarında olmasa da, 30-35 yaşdan sonra insanlarda əzələ və sümük kütləsində tədricən azalma başlayır. Bu yaşdan etibarən hər on ildənbir əzələ və sümük kütləsinin 5 faizə qədəri itir. Lakin bunun qarşısını əhəmiyyətli dərəcədə almaq və hətta itkiləri qismən bərpa etmək mümkündür. Bunun üçün mütəmadi olaraq idman proqramlarında iştirak etmək lazımdır. Hətta yaşlı insanlarda da əzələ kütləsi idmanla artırıla bilər.

Mütəxəssis vurğulayır ki, məşq edərkən əzələlər işləyir. Əzələləri işlətmək isə onların elastikliyini və gücünü artırır. Məşq əzələ liflərinin sayını artırmasa da, onların qalınlaşmasına və kütləsinin artmasına səbəb olur. Bu, əzələlərin güc mərkəzi olan mitoxondriyaların sayını və keyfiyyətini də artırır.

Çevik və güclü əzələlər piylənmir, həmçinin sallanmayaraq bədən görünüşünü daha estetik göstərir. Onurğa, qarın və çanaq əzələlərinin gücləndirilməsi və onların elastikliyinin artırılması ümumi sağlamlıq problemi olan onurğa ağrısı riskini azaldır, onurğanın dözümlülüyünü artırır, işin səmərəliliyini və məhsuldarlığını artırır.

 

Fiziki fəaliyyət orqanizmin qocalma prosesini ləngidir

 

T.Uslu qeyd edir ki, fiziki fəaliyyət bədəndəki yağ faizini azaldır. Yağ nisbəti aşağı olan bədən isə daha sağlam olur. Damarlarda dolaşan və zamanla onların divarlarında toplanan, damarların daralmasına və tıxanmasına səbəb olan yağlar (LDL, trigliseridlər) azalır. Bədən üçün faydalı olan və damar tıxanmasının qarşısını alan yağların (HDL) miqdarı artır. Bu baxımdan idman qan-damar xəstəliklərinin, serebral iflic və infarkt riskinin aradan qaldırılmasına kömək edir. Həmçinin sağlam və açıq damarlar bütün bədənə daha yaxşı qan tədarükü və oksigen çatdırır. Oksigen sayəsində bütün toxumalar canlanır. Orqanizmdə turşuluq dərəcəsi azalır, qocalmağa və bir çox xəstəliklərə səbəb olan “asidoz” (toxumalarda və qanda turşuların həddindən artıq olması ilə ortaya çıxan bir xəstəlik) və gizli iltihabın sürəti azalır. Beləliklə, orqanizm irəli yaşlarda da daha yaxşı işləməyə davam edir.

Qaçış, sürətli yerimə, qarın hərəkətləri və davamlı nəfəs məşqləri tənəffüs problemləri və ağciyər xəstəlikləri riskini xeyli azaldır. Güclü ayaq əzələlərinə sahib olmaq, varikoz damarları kimi xəstəliklərin inkişaf riskinin qarşısını alır və ya ən azı şikayətləri minimuma endirir.

İdman və fiziki fəaliyyət maddələr mübadiləsi sürətini artırır. İdmanla məşğul olanlarda yorğunluq daha gec baş verir, iş səmərəsi yüksək olur və irəli yaşlara qədər işləyə bilmələrini təmin edir.

İdman B-endorfin səviyyəsini artırmaqla xroniki ağrıların qarşısını alır, xoşbəxtlik səviyyəsini artırır və stres hormonu olan kortizolun ifrazını azaldır.

 

İsinmə hərəkətləri mütləqdir

 

İdman etmək sağlamlığa faydalı olsa da, məşq etməzdən əvvəl nəzərə alınmalı olan bəzi məqamlar var. Bunlardan birincisi isinmə hərəkətləridir. Hər hansı bir zədə almamaq üçün idman etməzdən əvvəl isinmə hərəkətləri təkrarlanmalıdır. Əzələlərin isinməsinə və rahatlanmasına kömək edən isinmə hərəkətlərinin adları və növləri isə fərqlidir.

İsinmə hərəkətləri orqanizmin idmana hazırlanmasına töhfə verir. İdman üçün lazım olan enerjini təmin edən isinmə hərəkətləri əzələləri rahatlaşdırmağa kömək edir. Buna görə də hər məşqdən əvvəl isinmə hərəkətləri edilməlidir. İsinmə hərəkətlərini təkrarlamadan idman etmək şiddətli əzələ ağrılarına, əzələlərdə kiçik yırtıqlara, məşqdə risklərin artmasına və burxulma təhlükəsinə səbəb ola bilər.

İsinmə hərəkətləri 15-20 dəqiqə davam etdırilməlidir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video