15 Fevral 2022 00:31
1937
Oxucu məktubları
A- A+

Kəndimizin su problemi nə vaxt həll olunacaq?

 

Yaşadığımız Qədimqala kəndinin sakinləri olduqca işgüzar və zəhmətsevərdirlər. İnsanlar ailələrini halal əməkləri ilə dolandırırlar. Lakin son vaxtlar kəndimizdə yaranan su problemi bizi çıxılmaz vəziyyətə salıb.

Bu gün kənddə nəinki əkinə, hətta içməyə də su tapmırıq. Məcbur olub maşınlarla su gətizdiririk ki, bu da ailə büdcəmizə ciddi təsir edir. Hətta kənd sakinləri öz vəsaitləri hesabına subartezian quyusu da qazdırıblar. Lakin onun işləməsi üçün elektrik enerjisi verilmir. Deyirlər ki, su quyusu balansa götürülməyib.

Sakinlərin şikayəti əsasında aidiyyəti qurumların nümayəndələri bir neçə dəfə kənddə olublar. Hətta kəndin yaxınlığında 2 nəhəng su çəni qoyulmuş, yaxınlıqda nasos quraşdırılmışdır. Bir müddət çaydan gələn su həmin çənlərə tökülür, nasos vasitəsi ilə kəndə verilirdi. Son günlər bunu da bizə çox gördülər. Sularımız kəsildi. Səbəbini soruşanda dedilər ki, çayda suyun səviyyəsi aşağı olduğu üçün su çənlərinə çatmır. İndi qalmışıq susuz.

Hörmətli redaksiya! Xahiş edirik bu işdə bizə kömək edib səsimizi yuxarılara çatdırasınız.

 

Murad ASLANLI,    

Şəmkir rayonunun Qədimqala kənd sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video