18 Dekabr 2021 00:26
2427
Elm və texnika
A- A+

Karikatura necə yaranıb?

 

Sərbəst ifadə azadlığının olmadığı, senzuraların tətbiq edildiyi dövrlərin başlanğıcında incəsənət nümayəndələri cəmiyyətə çatdırmaq istədikləri mesajları sətiraltı fikirlərlə yazılarda, rəsmlərdə, məqalələrdə göstərirdilər. Bu fikirlərin ifadə olunmasında karikaturalar da əsas tətbiq olunan vasitələrdən idi.

Karikatura ilk dəfə XVI-XVII əsrlərdə təsviri sənət janrına çevrilmiş və satirik rəssamlar tərəfindən ictimai xadimləri və siyasətçiləri və digərlərini tənqid etmək üçün yaradılmışdı. Bu sənətin yeni işartılarının göründüyü zaman karikaturaçılar öz qələmləri ilə hətta yazıçıların belə bacara bilmədiyi mövzuları işıqlandırmaq gücünə sahib oldular. Janr əhalinin əksəriyyətinin oxuya bilmədiyi vaxtda mühüm əhəmiyyət kəsb edən mesajları uğurla hər kəsə ötürə bilirdi.

Karikatura nümunələrinə ilk dəfə Annibale Carraccinin əsərlərində rast gəlinir. Bu sənətlə bağlı çəkilən ilk rəsmlərdən biri 1748-ci ildə Vilyam Hoqartın “Qədim İngiltərənin qızardılmış mal əti” adlı böyük antifransız satirası ilə bağlı olmuşdur. Burada mal ətinin limandan digər tərəfə daşınması təsvir edilib. Bu mənzərəyə bir neçə fransız əsgərinin aclıqla baxmaları onların halından xəbər verirdi. Hoqart isə özünü sol küncdə çiynində əsgər əlinin olduğu formada işıqlandırmışdı.

O, bu şəkli həbsindən sonra ərsəyə gətirmişdi. Fransaya səfəri zamanı Calaisdə gözləyərkən ingilis silahları ilə bəzədilmiş liman qapısı və asma körpünün eskizini çəkməyə başlamışdı. Onun bu davranışı diqqət çəkərək şübhə doğurmuşdu və həbs edilərək qubernatorun hüzuruna aparılmışdı. Burada olarkən fransızların təkidi ilə karikaturalar çəkərək bacarıqlarını nümayiş etdirməsini ondan tələb etmişdilər. Hoqartın fransızlara qarşı antipatiyası bu hadisələrdə daha da kəskinləşmişdi.

Sonrakı dövrlərdə qəzet və jurnallarda karikaturalara daha çox rast gəlinir. XIX əsrdə Ceyms Gillrayın siyasi rəsmlərini gündəlik çıxan qəzetlərdə görmək mümkün idi. Çarlz Fliponun karikaturaları isə sərt qaydaların tətbiqinə səbəb olmuşdu. O, “La Caricature” jurnalının sahibi idi və tez-tez kral Lui-Flippi armud formalı üzü ilə təsvir edirdi. Bu, kral üçün təhqiramiz hərəkət olduğundan Fransada mətbuat azadlığı ilə bağlı qanunun qəbul edilməsi ilə nəticələnmişdi. Qanuna əsasən siyasi karikaturaların təsvirinə qadağa qoyulmuşdu.

Karikaturalar hazırda da kiyafət qədər populyardır, jurnallarda və sosial platformalarda məşhurların, siyasətçilərin əsl obrazlarını, eləcə də ümumi vəziyyəti ifadə edən rəsmləri görmək mümkündür. Bu yolda təkmilləşərək dəyişən isə rəssamın alətləridir. Başlanğıcda karikaturaçılar ideyalarını karandaş, qələmlə əks etdirdikləri halda, bu gün “Adobe İllustrator” və ya “Corel Painter” kimi qrafik proqramlar onların işlərini rəqəmsallaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video