03 Oktyabr 2022 11:39
709
DÜNYA
A- A+

Kabildə terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

 

Əfqanıstanın paytaxtı Kabilin qərbindəki təhsil mərkəzində cümə günü törədilən partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, daha 83 nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım üzrə missiyası (UNAMA) məlumat yayıb. “Qurbanlar əsasən qızlar və gənc qadınlardır. Ölənlərin sayının bundan sonra da artacağı istisna olunmur. UNAMA-nın Kabildəki komandanlığı yoxlama prosesini davam etdirir”, - missiyanın tviter səhifəsində dərc olunmuş məlumatda belə deyilir.

Son aylar Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən paytaxt regionunda “Taliban” hərəkatı tərəfdarlarının və dinc sakinlərin ölümü ilə nəticələnmiş partlayışlar, silahlı hücumlar baş verib. Bu terror aktlarının bir çoxunu İŞİD-in qolu olan “Xorasanda islam dövləti” qruplaşması üzərinə götürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video