28 Iyun 2022 13:42
457
DÜNYA
A- A+

İyunun sonlarında Tokioda istilər son 147 illik müşahidələr ərzində rekord həddə çatıb  

 

İyunun son günlərində Tokioda orta hava temperaturu 1875-ci ildən bəri aparılan müşahidələr ərzində rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 28-də “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, iyunun 21-dən başlayaraq bu ayın 29-da və 30-da Tokioda orta sutkalıq temperatur 32,8 dərəcə Selsi proqnozlaşdırılır. Buna qədər olan rekord istilər 1946-cı və 1963-cü illərdə qeydə alınıb və 30,8 dərəcə təşkil edib.

Qeyd edilir ki, Yaponiya paytaxtında isti hava ötən həftənin sonlarında başa çatan yağışlar fəslindən sonra qeydə alınıb. Həmçinin bildirilir ki, bu dəfə paytaxt regionunda yağışlar fəsli Yaponiya Meteorologiya Agentliyinin həmin statistikanı aparmağa başladığı 1951-ci ildən bəri ən qısa müddətli olub. Ötən istirahət günlərində Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində iyun ayı üzrə ən yüksək istilər – 40,1 dərəcə Selsi qeydə alınıb.

Yaponiyanın hakimiyyət orqanları ölkə əhalisinə, xüsusən də yaşlı sakinlərə müraciət edərək səhhətlərinə qarşı diqqətli olmağı, Günəş altında çox gəzməməyi və daha çox su qəbul etməyi tövsiyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video