26 Yanvar 2022 15:04
904
SİYASƏT
A- A+

İtaliya XİN-in nümayəndəsi: Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə barışıq tapılması üçün çağırışlar edilir

Avropa Şurası Parlament Assambleyası haqqında optimist və realist qeydlərimi bildirmək istərdim, çünki erməni deputat bu təşkilatın tənəzzülə uğradığını deyir. Bilirik ki, indiki tarixi dövrdə Avropa, eləcə də çoxtərəflilik və bütün çoxtərəfli təşkilatlar üçün çətinliklər olub. Doğrudur ki, hüquqi dövlət, demokratik dövlət seçimi etmiş ölkələrdə böhran dövründə multilateralizm ideyasına qarşı çıxmaqla səmərəli multilateral mexanizmlərdən imtina etməyə cəhd göstərilir. Böhranın danışıqlar yolu ilə həlli yollarının tapılmasından söhbət gedəndə yanaşma olaraq çoxtərəflilikdən imtina etsək, irəli deyil, geri addım atmış olarıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliyanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibinin müşaviri Benedetto Della Vedova qış sessiyasında erməni deputatın təxribatçı sualına cavabında ifadə edib.

“Bir çox bölgələrdə mövcud olan məyusluğu yaxşı anlayıram. Bilirəm ki, məsuliyyətini yaxşı dərk edən, ancaq münaqişə və böhrandan çıxmaq üçün istədikləri həll yollarını tapa bilməyən ölkələr var. Biz dialoqdan, qanunun aliliyindən, ədalətdən, beynəlxalq hüquqdan imtina etməmək üçün ümumi iradəmizi xatırlatmaq üçün buradayıq.

Sizin sualınıza gəlincə, xatırlatmaq istərdim ki, 2020-ci ildə tərəflər arasında atəşkəslə bağlı bəyanat imzalanıb. Azərbaycan və Ermənistan arasında sülh və danışıqlar yolu ilə barışıq tapılması üçün çağırışlar edilir. Münaqişənin həlli Avropa Şurasının məsuliyyəti deyil, bununla ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olurdular. Onlar humanitar məqsədlə söylədiyiniz əsirlərin azad edilməsi ilə məşğul olmalıdırlar.

Ancaq bu, Avropa Şurasının mühüm rol oynamasına mane olmur. Biz etimad quruculuğu da daxil olmaqla, sülhə nail olmağa kömək edəcək tədbirlərin görülməsinə kömək göstərməyə hazırıq. Biz tərəflərin Avropa İnsan Hüquqları Konvensiyasında da nəzərdə tutulan ümumi insan hüquqları normalarına əməl etməsinə diqqət yetirməliyik. Münaqişədə insan hüquqları ilə bağlı bəzi məsələlər Avropa Məhkəməsinə təqdim olunub. Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olarkən münaqişəyə sülh yolu ilə həll tapmaq öhdəliyi götürüblər. Bu baxımdan, hər iki ölkə müvafiq şəkildə hərəkət etməli və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video