02 Oktyabr 2022 13:22
527
DÜNYA
A- A+

İtaliya səfirliyi vətəndaşlarına Rusiyadan çıxmağı tövsiyə edir  

 

İtaliyanın Rusiyadakı səfirliyi vətəndaşlarına bu ölkədən çıxmağı tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, səfirliyin məlumatına görə, beynəlxalq kontekstdə baş verən son hadisələr, Rusiyadan kənarda hava və avtomobil əlaqələrinin getdikcə çətinləşməsi nəzərə alınaraq, İtaliya vətəndaşlarına Rusiyada qalmağın zəruri olub-olmadığını nəzərdən keçirmək və zərurət olmadığı təqdirdə bu ölkəni tərk etmək tövsiyə edilir.

“Rusiyada İtaliyaya və digər üçüncü ölkələrə hava nəqliyyatı ilə getmək getdikcə çətinləşir. Bu günlərdə aviaşirkətlər tərəfindən satılan biletlərin qiymətində kəskin artım müşahidə olunur. Rusiyanı bəzi qonşu ölkələrlə birləşdirən sərhəd-keçid məntəqələrində uzun növbələrin yarandığı bildirilir. Fevralın 27-də etibarən Avropa İttifaqının qərarı ilə Rusiyadan uçuşlar üçün hava məkanının bağlanmasının davam etməsini nəzərə alaraq, Rusiyada olan bütün həmvətənlərimizə xaricə səyahətlərini mümkün qədər əvvəlcədən planlaşdırmaları qətiyyətlə tövsiyə olunur. Rusiyanı tərk etməli olanlar isə mümkün qədər tez müddətə aviabilet əldə etməyə dəvət edilir”, - deyə səfirliyin məlumatında bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video