08 Yanvar 2022 14:58
770
Səhiyyə
A- A+

İstifadə müddəti dekabrın 31-də bitmiş “Pfizer” vaksinləri peyvənd məntəqələrindən utilizasiya üçün geri alınıb

 

İstifadə müddəti dekabrın 31-də bitmiş yeni növ koronavirus (COVID-19) əleyhinə olan “Pfizer/Biontech” peyvəndləri müvafiq məntəqələrdən utilizasiya üçün geri alınıb. Vaksinlərin geri yığılması prosesinə onların istifadə müddətinin bitməsinə bir həftə qalmış başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.

Xatırladaq ki, 2021-ci il noyabrın 22-də "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. Həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi. Nəticədə, "Pfizer/Biontech" vaksininin istifadə müddəti ümumilikdə 3 ay olmaqla 2021-ci ilin dekabrın 31-dək uzadılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video