İstanbulda xəstəxanada yanğın baş verib, 102 nəfər təxliyə edilib
İstanbulun Zeytinburnu rayonunda yerləşən Balıklı Rum Xəstəxanasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, xəstəxana binasının dam örtüyü yanıb. Tibb müəssisəsindən 102 nəfər təxliyə edilib, 80 xəstə digər xəstəxanalara köçürülüb.
Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. Yanğından çıxan qatı tüstünün mənfi təsir göstərdiyi vətəndaşlara tibbi heyətlər yardım göstərirlər.
İstanbul valiliyindən hadisə ilə bağlı verilən açıqlamada indiyədək yanğın səbəbindən ölən və ya yaralananların olmadığı bildirilib.
Xəstəxananın yerləşdiyi tarixi binada baş verən yanğının səbəb olduğu tüstü İstanbulun bir çox rayonundan müşahidə edilir.
Hazırda yanğınının söndürülməsi işləri gedir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan neftinin bir bareli 94,11 dollara satılır
17 Avqust
Respublika üzrə avqust ayının pensiya ödənişi tam yekunlaşdı
17 Avqust
Son iki gündə bir hissəsi qazi və şəhid ailəsi olan daha 120 şəxs üçün özünüməşğulluq proqramı üzrə ...
17 Avqust
Alimlər yağışın ətrinə dair tədqiqat aparıblar
17 Avqust
Dünya çörəklə sınağa çəkilir
17 Avqust
Azərbaycan davamlı inkişaf yolundadır
17 Avqust
Ölkə üzrə orta aylıq pensiya 12 faiz artmışdır
17 Avqust
Ermənistan yeni mərhələnin başladığını anlamalıdır
17 Avqust
Bakıda "Dəniz kuboku" müsabiqəsinin təntənəli açılış mərasimi olub
17 Avqust
Mərkəzi Seçki Komissiyasının 2022-ci il 4 avqust tarixli iclas protokolunun təsdiq edilməsi barədə A...
17 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!