25 Sentyabr 2022 00:21
235
SİYASƏT
A- A+

İş adamları Ermənistandan qaçır

 

Xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşu kəskin azalıb

 

Ermənistanda cinayət hadisələrinin sayında əhəmiyyətli dərəcədə artım baş verib ki, bu da sözügedən ölkənin ümumilikdə kriminallar məskəninə çevrilməkdə olduğunu göstərir. Ölkənin bölgələrində də cinayətkarlıq səviyyəsi əsas etibarilə mülkiyyət oğurluğu, özgənin əmlakını qanunsuz yolla mənimsəmək və bu qəbildən olan qanunazidd əməllər hesabına yüksəlməkdədir. Məhz bu da iqtisadi problemlərin Ermənistan üçün daha bir fəsad yaratdığını, ölkənin kriminogen durumunu xeyli ağırlaşdırdığını təsdiqləyir.
Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi iş adamlarını bu ölkədən qaçırır. Digər tərəfdən,  ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amillər sırasında yer almaqdadır. Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə yatırılmasının nə dərəcədə böyük risk olduğunu yaxşı anlayırlar.
Xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətə salıb. Bu fonda Rusiya ilə ticarətin həcminin azalması isə erməni ekspertlər tərəfindən böyük fəlakət kimi qiymətləndirilir.
Bu günlərdə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan ötən il investisiyalarda rekord artımın qeydə alındığını, ümumi həcminin 1 trilyon 379 milyard dram, bunun da təxminən 3 milyard dollar təşkil etdiyini, tarixdə Ermənistanda belə bir rəqəmin olmadığını açıqlayıb. Rəsmi statistikaya əsasən, 2021-ci ildə Ermənistanın ümumi daxili məhsulun (ÜDM) ümumi yığılması 1 trilyon 370 milyard dram, yəni təxminən 2,8 milyard dollar qiymətləndirilir.
"4rd.am" saytı yazır ki, mütləq ümumi yığım əmsalı Ermənistan tarixində ən yüksək göstəricidir, lakin onların real dəyəri nisbətən aşağıdır, çünki son illərin məcmu inflyasiyasını nəzərə alsaq, eyni yığım sürəti təxminən 10 faiz azalacaq: "Ona görə də 2021-ci ildə qoyulan investisiyaların bir hissəsi inflyasiyanı yeyib. Məsələn, tikinti materiallarının ikirəqəmli bahalaşması şəraitində ölkə vətəndaşı tikintiyə daha çox pul xərcləyib, amma eyni evi tikib. İnvestisiyaların ümumi yığımına bir il ərzində dövlət, icmalar, təşkilatlar, fiziki şəxslər tərəfindən əsas kapitala edilən xərclər daxildir. Bu göstəricinin hesablanmasına dövlət tərəfindən çəkilən yolların xərcləri, dövlət tərəfindən tikilən mənzilin dəyəri və sairə də daxildir. Ermənistan Statistika Komitəsi faktiki uçota alınmış xərclərlə yanaşı, mütəmadi olaraq ümumi yığımları qiymətləndirir, yəni müəyyən metodologiyaya uyğun olaraq artırır. Bu hesablamalar heç vaxt statistika komitəsi tərəfindən açıqlanmır, bunlar ümumi yığımların strukturunu başa düşməyə imkan verə bilər".
Ermənistanda 2021-ci ildə ümumi yığım 9,1 faiz artıb. 2017-2018-ci illərdə ümumi yığım 2021-ci illə müqayisədə müvafiq olaraq 10,3 və 14,5 faiz çoxalıb. İnvestisiyaların misli görünməmiş artımının olmaması Ermənistanın ÜDM-də ümumi yığımın payının 19,6 faiz təşkil etməsi ilə də təsdiqləyir ki, bu da son 5 ilin analoji göstəricisindən aşağıdır.
Ermənistanda özəl investisiyaların tərkibi və strukturu da çox pis vəziyyətdədir. Xüsusilə 2021-ci ildə yatırılan xarici investisiyaların böyük hissəsi metal filizinin hasilatına və enerji sisteminin payına düşür. Maraqlıdır ki, birbaşa xarici investisiyaların təqribən 70 faizi hazırda iqtisadiyyatı ciddi problemlərlə üzləşən Rusiya Federasiyasından gəlib. Odur ki, 2022-ci ildə Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına aktiv şəkildə sərmayə qoymağa davam edəcəyi ehtimalı çox azdır.
Görünən odur ki, hər il Ermənistan vətəndaşlarının yaşayışı ötənilkindən daha ağır olur. Qeyd olunanlar Ermənistanın bir dövlət olaraq sürətlə öz məhvinə doğru yaxınlaşdığını deməyə əsas verir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video