15 Yanvar 2022 15:51
165
Mədəniyyət

“İRS” jurnalının növbəti nömrəsi Azərbaycan-Türkiyə diplomatik münasibətlərinə həsr olunub

 

Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixini xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Ankarada türk dilində nəşr olunan növbəti nömrəsində oxuculara Qarabağ həqiqətləri ilə bağlı müfəssəl məlumat verilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyinə həsr olunan jurnalın bu nömrəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı rəşadətli qələbə və bu tarixi Zəfər nəticəsində regionda yaranmış yeni geopolitik vəziyyətə geniş yer ayrılıb.

Jurnalın baş redaktoru Musa Mərcanlı yazdığı “Ön söz”də bütün bu mövzulara əhatəli giriş verib.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, professor Kürşad Zorlu və digər tanınmış şəxslərin məqalələrində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış, Şuşa Bəyannaməsinin əhəmiyyəti, Qarabağın tarixi, erməni terrorizminin amansızlığı və s. mövzulardan bəhs olunur.

Türkdilli oxucuların diqqətinə çatdırılır ki, bütün mənalarda Qarabağ Azərbaycan üçün həyat deməkdir. Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan qardaşlıq və dostluq münasibətlərinin inkişaf dinamikası böyük Qarabağ Zəfərində həlledici gücə malik olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video