27 Yanvar 2023 01:41
867
İDMAN
A- A+

"İrəvan"lılar rəqib tanımırlar 

 

Göygöl rayonunda idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Bunun üçün rayonda bütün şərait yaradılmışdır. Olimpiya İdman Kompleksi, Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, bir neçə idman klubu və bölməsi göygöllülərin ixtiyarındadır.
Onların sırasında iki il əvvəl yaradılan "İrəvan" idman klubu var. Qərbi Azərbaycan İcmasının dəstək verdiyi "İrəvan" göstərdiyi nəticələrlə hər zaman öndədir. Klub mütəmadi olaraq Göygöl Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə müxtəlif növlər üzrə rayondaxili turnirlər, birinciliklər keçirir. 
Hazırda "İrəvan"da 200 nəfərə yaxın gənc idmanla məşğul olur. Onların peşəkarlığını artırmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün klub mütəmadi olaraq daxili yarışlar, rayon birincilikləri, açıq çempionatlar və kütləvi idman tədbirləri təşkil edir.
Kluba bir çox beynəlxalq idman yarışında yüksək nəticələr əldə edən Fəxri Cəfərov rəhbərlik edir. Onun təşəbbüsü ilə bu gün klubun tərkibində idmanın 6 növü üzrə bölmə açılıb. Klubun yetirmələrinin Azərbaycan, dünya və Avropa çempionatlarında fərqlənmələrində də F.Cəfərovun əməyi çoxdur. Yeri gəlmişkən, qeyd edək ki, Fəxri Cəfərov özü 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "ABC JJ" idman növü üzrə dünya çempionatında qızıl medal qazanmışdır. Onun yetirmələrindən isə Nail Əzizov Amsterdamda keçirilən idmanın qarışıq döyüş növü üzrə Avropa çempionatından gümüş, Məhəmməd Məmmədli Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçirilən açıq region turnirindən qızıl, Yusif Qurbanzadə, Ayxan Kakayev, Səmayə Şahvələdli, Akif Əliyev, Xanlar Əliyev, Feyzulla İsmayılov, Yusif Qurbanzadə,  Akif Əliyev Gürcüstandan qızıl medalla dönmüşlər. Bundan başqa, Azərbaycan çempionatlarında qarışıq idman növləri üzrə Kamran Aslanov, Amin Məmmədov, Ayxan Kakayev, Aysun Kazımova,  beynəlxalq taekvondo və hapkido idman növləi üzrə Ağamirzə Mahmudbəyli, Aydın Hacıyev, Yusif Qurbanzadə, Məhəmməd Məmmədli, Raul Hüseynzadə, Nuray Sadıqova, "Savate" (fransız boksu) idman növü üzrə İbrahim İbrahimli, Nuray Məmmədova, Elvira Nəsirova, universal döyüş idman növü üzrə Çinarə Novruzova və Talib Sadıqov yüksək nəticə göstərmşlər. Amma bunlar da hələ "İrəvan"lıların qələbələrinin tam siyahısı deyil. 
Keçən il beynəlxalq taekvondo idman növü üzrə Hapkido Federasiyasının keçirdiyi açıq Bakı birinciliyində "İrəvan" idman klubunun yetirmələri yüksək nəticələr göstərmişlər. 16 idmançıdan 12 nəfəri 1-ci, 2 nəfər 2-ci, 2 nəfər 3-cü olmuşdur. Bütün bu uğurlardan sonra Qarışıq İdman Növü Federasiyasının keçirdiyi nominasiyada "İrəvan"nın "İlin ən yaxşı idman klubu" seçilməsi təbiidir.

S.ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video