12 May 2022 14:07
525
DÜNYA
A- A+

İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş keçirilir  

 

Ermənistan müxalifəti İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə daha bir avtoyürüş keçirir.

AZƏRTAC Ermənistan informasiya portallarına istinadla xəbər verir ki, aksiya paytaxtın kənarından başlayıb, yürüşlərin biri Myasnikyan prospektindən start götürüb. Sürücülər aşağı sürətlə şəhərin mərkəzinə doğru hərəkət edir, sonra yenidən prospektə qayıtmağı planlaşdırırlar.

Analoji aksiyalar dünən də təşkil olunub və nəticədə uzun avtomobil tıxacları yaranıb. Mayın 11-də olduğu kimi, bu gün də müxalifət İrəvanın mərkəzində mitinq və yürüş keçirməyi planlaşdırır. Ötən gün nümayişçilər yürüşün gedişində şəhər meriyasının binasını bloklamışdı. Dövlət müəssisələrinin bloklanması bu gün də gözlənilir.

Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilər hesab edirlər ki, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsini yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video