İraqda İŞİD qruplaşmasının hücumu nəticəsində 11 hərbçi həlak olub
Bağdadın şimal-şərqində yerləşən Diyala əyalətində İŞİD qruplaşmasının hücumu nəticəsində azı 11 hərbçi həlak olub.
AZƏRTAC Shafaq informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 21-də səhər saatlarında İŞİD qruplaşmasının 10 nəfərdən çox silahlısı əyalətin şimalındakı Ət-Talia və Um əl-Karame kəndləri arasında yerləşən ordu qərargahına hücum edib. Hücum nəticəsində 11 hərbçi, o cümlədən tabor komandiri həlak olub. Hazırda qruplaşmanın son illərdə ən böyük hücumunun baş verdiyi əraziyə əlavə kömək göndərilir.
Diyala və Səlah-əd-Din əyalətlərinin sərhədində zəif təhlükəsizlik tədbirləri səbəbindən bu rayon mütəmadi olaraq silahlıların hədəfinə çevrilir. İraq hökumətinin məlumatına görə, silahlı qruplaşmalar ötən il ərzində ölkədə pusqu, terror aktları, saxta nəzarət-buraxılış məntəqələri, adam oğurluğu və raket zərbələri da daxil olmaqla, 250-dən çox hücum həyata keçirib. Bu hücumlar nəticəsində 387 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.
2017-ci ilin sonunda İraq hakimiyyəti İŞİD üzərində qələbə qazandığını elan etsə də, ordu qüvvələri və təhlükəsizlik xidmətləri beynəlxalq koalisiyanın dəstəyi ilə silahlılara qarşı əməliyyatları davam etdirir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!