13 Yanvar 2022 16:42
748
DÜNYA
A- A+

İran ilə yanaşı 11 dövlətin BMT-də səsvermə hüququ əlindən alınıb

 

BMT-nin Baş Assambleyası İranı üzvlük haqqını ödəmədiyinə görə səsvermə hüququndan məhrum edib.

AZƏRTAC xəbər verir ki, məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə üzvlük haqqının ödənilməsində problemin olduğunu etiraf edib və bunu sanksiyalarla əlaqələndirib. O bildirib ki, İran BMT-nin fəal üzvlərindəndir və üzvük haqqını hər zaman vaxtında ödəyib. Lakin 2 ildir ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar səbəbindən üzvlük haqqının ödənilməsində problemlər yaranıb.

S.Xətibzadə diqqətə çatdırıb ki, hazırda danışıqlar aparılır və İranın BMT qarşısında borcunun ödənilməsi üçün yollar axtarılır.

Qeyd edək ki, İranın maliyyə köçürmələri üçün istifadə olunan beynəlxalq “swift” sistemindən ABŞ tərəfindən kənarlaşdırılması ödəmələrə imkan vermir.

BMT-nin Baş Assambleyası təkcə İranı deyil, eyni zamanda, Venesuela, Sudan, Konqo, Qvineya və digər 11 dövləti üzvlük haqlarını ödəmədiklərinə görə səsvermə hüququndan məhrum edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video