09 İyun 2026 09:00
136
İQTİSADİYYAT
A- A+
İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi


Ötən həftə Azərbaycan iqtisadiyyatında baş verən bir sıra mühüm tendensiyalar və göstəricilərlə yadda qaldı. Dövlət büdcəsi daxilolmaları, enerji bazarlarındakı dəyişmələr, xarici ticarət əlaqələri və iqtisadi artımla bağlı proqnozlar ölkənin iqtisadi gündəmini formalaşdırdı. 

Həftənin birinci üç günü neft-qaz sənayesində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının müzakirəsi ilə diqqət mərkəzində yer alıb. "Bakı-Ekspo" Mərkəzi növbəti dəfə dünyanın enerji sənayesinin diqqət mərkəzinə çevrilərək qapılarını ziyarətçilərin üzünə açıb. İyunun 1-dən fəaliyyətə başlayan 31-ci  Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") və 14-cü  Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi ("Caspian Power") keçmişin uğurlarını, bu günün gücünü və sabahın potensialını eyni platformada birləşdirən mühüm beynəlxalq tədbir kimi diqqət çəkib. Üç gün ərzində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri, aparıcı şirkətləri və sahə mütəxəssislərini bir araya gətirən bu mötəbər platformada enerji sektorunun ümdə məsələləri müzakirə olunub, yeni əməkdaşlıqların əsası qoyulub.

* * *

Enerji sektoru ilə yanaşı, rəqəmsallaşma və informasiya təhlükəsizliyi istiqamətində də mühüm müzakirələr aparılıb. Fakt: Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu  keçirilib. Forumda kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellektin tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və insan kapitalının inkişafı kimi məsələlər ön plana çıxıb. Müzakirələr göstərib ki, rəqəmsal təhlükəsizlik iqtisadiyyatın dayanıqlı inkişafının əsas şərtlərindən biri kimi əhəmiyyətini artırmaqdadır.

Tədbidə dövlət qurumları, özəl sektor və akademik dairələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülüb. Rəqəmsal transformasiya prosesinin sürətlənməsi fonunda kritik informasiya infrastrukturunun qorunması və innovativ texnologiyaların təhlükəsiz tətbiqi məsələləri xüsusi diqqət mərkəzində olub. Bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

* * *

Rəqəmsal transformasiya ilə yanaşı, nəqliyyat və logistika sahəsində də regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İyunun 3-də  "TransLogistica Caspian"  beynəlxalq sərgisi çərçivəsində 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu  "Radisson Hotel Baku"da keçirilib.Beynəlxalq forumda logistika zəncirlərinin rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqi və tranzit marşrutlarının inkişaf perspektivləri müzakirə olunub. 

Tədbirdə Orta dəhlizin əhəmiyyəti, regionun tranzit potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas mövzular sırasında yer alıb. Yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən müzakirələr Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyinin  daha çox gücləndirilməsinə xidmət edən təşəbbüsləri ön plana çıxarıb.

* * *

Ötən həftə  neftdənkənar sahənin  də müxtəlif istiqamətlərində  fəallıq müşahidə olunub. Bu mənada  iyunun 4-də Bakıda  keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin adını çəkə bilərik. Beynəlxalq zərgərlik sərgisi qiymətli metallar və daşlar bazarında əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və yerli istehsalçıların məhsullarının tanıdılması baxımından diqqət çəkib.

Tədbirdə müxtəlif ölkələrdən şirkətlər iştirak edərək zərgərlik məmulatları, qiymətli daşlar və sənaye avadanlıqlarını nümayiş etdiriblər. Sərgi həm yerli zərgərlik sənətinin təbliği, həm də bu sahədə ixrac potensialının artırılması və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma kimi qiymətləndirilib.

* * *

Biznes və ticarət əlaqələrinin genişləndirilməsi ilə yanaşı, ötən həftə regional maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində də mühüm tədbirlər keçirilib. Bakı "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi Banklarının Şurası"nın növbəti toplantısına evsahibliyi edib.

Görüşdə maliyyə sabitliyinin möhkəmləndirilməsi, mərkəzi banklar arasında əməkdaşlığın genişləndirilməsi və daha inteqrasiya olunmuş maliyyə ekosisteminin formalaşdırılması məsələləri müzakirə edilib. İştirakçılar regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və innovativ maliyyə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıblar.

* * *

Həftəsonu Bakıda keçirilən  Ümumdünya Ətraf Mühit Günü  maraqlı və gərəkli müzakirələr, eləcə də bir sıra təklif və təşəbbüslərlə yadda qalıb. Tədbirdə qlobal iqlim dəyişiklikləri, bərpaolunan enerji keçidi və ekoloji bərpa məsələləri əsas müzakirə mövzusu olub. Azərbaycan tərəfi "yaşıl enerji" siyasəti və işğaldan azad edilmiş ərazilərdə aparılan ekoloji bərpa işlərini diqqətə çatdırıb.

BMT rəsmiləri isə iqlim böhranının dərinləşdiyini, emissiyaların azaldılmasının və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Ümumilikdə tədbir dünya ölkələrinin ekoloji problemlərə qarşı birgə fəaliyyətinə çağırış kimi yadda qalıb.

* * *

Arxada  qoyduğumuz 7 günün  diqqətçəkən iqtisadi və regional xəbərlərindən biri də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı olub. Məlumata görə, Azərbaycandan Ermənistana 42 vaqondan ibarət, ümumilikdə 2475 ton dizel yanacağı göndərilib. Bundan əvvəl də ölkədən Ermənistana müxtəlif neft məhsullarının ixracı həyata keçirilib.

Paralel olaraq Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə buğda, arpa və gübrə daşınması da davam edib. Ümumilikdə minlərlə ton taxıl və digər məhsullar ölkə ərazisindən keçməklə Ermənistana çatdırılıb.

Rəsmi rəqəmlər göstərir ki, həm ixrac, həm də tranzit daşımalar son dövrdə artmaqda davam edir və regionda nəqliyyat əlaqələrinin genişləndiyini nümayiş etdirir.


Züleyxa ƏLİYEVA, 

"Azərbycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09:01
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!