"iPod Touch" dövrü rəsmən başa çatdı
"Apple" şirkəti "iPod Touch" pleyerinin istehsalını dayandırdığını elan edib. Beləliklə, sözügedən pleyerin satılmamış modelləri bitənə qədər piştaxtalarda qalacaq.
"iPod Touch" şirkətin portativ musiqi pleyer cihazları seriyasının son modeli olaraq qalıb. Onun istehsalının dayandırıldığını elan edəndən sonra "Apple" bildirib ki, "iPod-un" ruhu şirkətin istehsal etdiyi digər cihazlarda əbədi olaraq yaşayacaq.
"iPod Touch"ın istehsalının dayandırılması bütöv bir dövrün sonu deməkdir. İlk "iPod" modeli 21 il bundan öncə təqdim edilmişdi. “FireWire” interfeysli ilk model, sadəcə olaraq kompakt ölçülü musiqi pleyeri idi.
"Apple" "iPod"un yalnız musiqi dinləmək üçün nəzərdə tutulmuş modellərini 2017-ci ilə qədər istehsal etdi. 2017-ci ildə "iPod Nano" və "iPod Shuffle" modellərinin istehsalı dayandırıldı. "iPod Touch" çoxları arasında klassik musiqi pleyeri kimi qəbul edilsə də, o, "iPhone"dan istifadə təcrübəsini qazanmaq istəyən istifadəçilər arasında da böyük rəğbət qazanmışdı.
Qeyd edək ki, sonuncu "iPod Touch" 2019-cu ildə "iPhone 7" seriyası ilə birlikdə təqdim edilmişdi. Bəllidir ki, musiqi pleyerləri dövrü artıq geridə qalıb və insanlar smartfonun yerinə yetirə biləcəyi funksiyaları özündə birləşdirən ikinci bir cihazı gəzdirmək həvəsində deyillər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
24 Aprel
İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək
24 Aprel
Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb
24 Aprel
Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
24 Aprel
Filippində istidən altı nəfər ölüb
24 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib
24 Aprel
KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik ...
24 Aprel
“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib
24 Aprel
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib...
24 Aprel
Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!