15 Yanvar 2022 00:35
1024
Elm və texnika
A- A+

İnteqrasiya olunan barmaq izi

 

Ekrana inteqrasiya edilmiş barmaq izi texnologiyasına malik smartfonlar hələ 2018-ci ildə satışda görünməyə başlamışdı. Lakin bu texnologiyadan şirkətlər aktiv şəkildə 2019-cu ildən istifadə edirlər.

 “Xiaomi” isə sözügedən texnologiyanın inkişafına təkan vermək niyyətindədir. Belə ki, şirkət barmaq izi skanını ekranın istənilən hissəsinə inteqasiya etməyə imkan verən texnologiyanın patentini əldə edib.

Ayrı-ayrı hallarda müasir barmaq izi texnologiyaları öz böyük ölçüləri ilə fərqlənir. Bəzi hallarda onlar smartfon ekranının yarısını tutur. Ekrana inteqrasiya edilən barmaq izi skanı texnologiyasının ölçüsü isə 1 santimetrdən böyük olmur və əsasən, ekranın aşağı hissəsinə yerləşdirilir.

Çinin Patentlər üzrə Agentliyinin verdiyi məlumata görə, “Xiaomi”nin yeni texnologiyası barmağı ekrandakı müəyyən hissəyə toxundurmaq prosesinə ehtiyac duymadan tez bir zamanda smartfonu blokdan çıxartmağa imkan verəcək. “Xiaomi”nin yeni barmaq izi skanı texnologiyasının çalışması üçün infraqırmızı LED elementlərdən ibarət xüsusi şəbəkədən istifadə edilir. İnfraqırmızı LED elementlər sensor layı ilə ekran arasında olan orqanik işıq diodları üzərlərində yerləşir. Sensor layı öz növbəsində barmağın ekrandakı istənilən hissəyə toxunuşunu qeydiyyata alaraq barmağın formasını və ekran üzərindəki yerləşdiyi yeri təyin edir. Daha sonra LED elementlər barmağın ekran üzərində yerləşdiyi yerə infraqırmızı işıq buraxır. Bu halda ekranın digər hissələrində olan LED elementlər işə düşmür. Barmaq yastığının işığı əks etdirməsindən sonra barmaq izi öz növbəsində proyeksiya şəklində qəbulediciyə ötürülür. Əldə edilmiş məlumatlar əsasında smartfon barmaq izi xəritəsini yaradır və onu əvvəlki nümunələr ilə müqayisə edir. Müqayisə zamanı nümunələr bir-birilərinə oxşardırlarsa, smartfon blokdan çıxarılır.

“Xiaomi”nin sözügedən texnologiyanı patentləşdirməsi hələ o demək deyil ki, dəqiq şəkildə şirkət smartfonlarında reallaşdırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video