18 Dekabr 2021 00:22
888
Elm və texnika
A- A+

“İnstaqram” uşaqlar üçün təhlükəsiz olacaq

 

“İnstaqram” azyaşlı istifadəçiləri üçün təqdim edilən mövzular üzərində idarəetməni sərtləşdirdiyini elan edib. Şirkətdən bildiriblər ki, bir mövzu ətrafında olan fikirlərini cəmləmiş istifadəçilər digər mövzulara yönəldiləcək.

“İnstaqram”ın rəhbəri Adam Mosseri ABŞ Senatında uşaqların sosial şəbəkə tərəfindən qorunması ilə bağlı dinləmələrdə sualları cavablandırıb. O bildirib ki, bundan sonra yetkinlik yaşına çatan istifadəçilər öz abunəçiləri siyahısında mövcud olmayan yeniyetmələri işarələyə (tag) bilməyəcəklər. Bundan əlavə, gələn ilin yanvar ayından başlayaraq “İnstaqram”ın gənc istifadəçiləri toplu şəkildə öz paylaşımlarını, bəyənmələri və rəylərini silə biləcəklər. “Instaqram” azyaşlı istifadəçilər üçün zərərli mövzuların məsləhət görülməsini də aradan qaldırmağı nəzərdən keçirir. Buraya həmçinin “həştəq”lər və ya digər üsullarla axtarılan mövzular da daxildir.

Artıq bir neçə gündür ki, ABŞ, Böyük Britaniya, Kanada AvstraliyadaİnstaqramdaTake a Breakadlı funksiya fəaliyyətə başlayıb. Bu funksiyaİnstaqramdan aşırı istifadə zamanı istifadəçilərə fasilə verməyin lazım olduğunu bildirəcək. Gələn ilin martından isə azyaşlı istifadəçilərin valideynlərinə digər təmsilçilərinə xüsusi tətbiqlər yönləndiriləcək. Onların sayəsində valideynlərin uşaqların bu sosial şəbəkədə qədər zaman keçirdiklərini öyrənməsi zaman limitini müəyyən etməsi mümkün olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video