24 Iyun 2022 00:47
196
İQTİSADİYYAT

İnkişaf abadlıqdan başlayır

 

İndi Goranboy hər kəsi tamamilə yeni görkəmdə qarşılayır. Aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri, reallaşdırılan yeni infrastruktur layihələri, yenidən qurulan avtomobil yolları və digər tədbirlər rayonun simasını günbəgün dəyişir.

Rayon mərkəzində salınan yeni istirahət parklarında, yaşayış massivlərində sakinlərin rahatlığı üçün yaradılan şərait rayona gələn qonaqların da  zövqünü oxşayır. 

Abadlıq və yenidənqurma işləri bir gün də səngimir. İlk növbədə küçə və meydanlar yenidən qurulur, çoxmənzilli yaşayış binaları təmir olunur. Artıq bir çox küçəyə 15150 kvadratmetr asfalt örtüyü döşənmiş, 5720 metr səki yan daşları düzülmüş, 11675 kvadratmetr səki asfaltlanmışdır.  Küçələrə 210 led lampa quraşdırılmış, məişət tullantılarının toplanması üçün 80 qutu qoyulmuşdur.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan, eləcə də 44 günlük Vətən müharibəsində döyüşərək yaralanan hər bir goranboyluya rayonda böyük hörmət və ehtiram var. Hazırda Goranboy Şəhidlər Xatirə Kompleksində  yeni layihə əsasında yenidənqurma işləri aparılır. Kompleksin 26 İyun Silahlı Qüvvələr Günündə  açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, Xan Qərvənd kəndində vaxtilə inşa edilmiş xatirə kompleksinin xüsusi layihə əsasında müasir memarlıq üslubunda yenidən qurulması üçün hazırlıq işləri görülür. Rayon mərkəzində şəhid ailələri və digər imtiyazlı ailələr üçün inşa edilmiş 16 mənzilli yaşayış binasında fərdi qaydada kombi sisteminin çəkilişi isə başa çatmışdır. Eyni zamanda şəhərin yaşıllaşdırılması istiqamətində işlər davam edir. Təkcə son aylar şəhər  ərazisində 3 mindən çox qızılgül kolu əkilmişdir.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video