"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 20-2.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.2. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390, 2017, № 3, maddə 373; 2018, № 10, maddə 1984; 2021, № 12, maddə 1432; 2022, № 7, maddə 727) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə ", 20-2.2-ci maddələrində" sözləri "maddəsində, 20-2.2-ci maddəsinin birinci cümləsində" sözləri ilə, ", 20-6.5-ci və 20-6.8-ci" sözləri "və 20-6.5-ci" sözləri ilə əvəz edilsin;
2.2. 2.1-1-ci bənddə ", 20-2.2-ci maddələrində" sözləri "maddəsində, 20-2.2-ci maddəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;
2.3. 2.2-1-ci bənddən "və 20-6.8-ci maddəsində" sözləri çıxarılsın.
3. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 iyul tarixli 1738 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 727) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənd və 3-cü hissə ləğv edilsin;
3.2. 2-ci hissədə "provayderinin işçi heyəti, texnoloji resursları və" sözləri "provayderinə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!