14 May 2022 00:54
372
Elm və texnika

İlon Mask "Tviter"in yeni sahibidir

 

Xəbər verildiyi kimi, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask artıq "Tviter"in yeni sahibidir. O, bu qlobal sosial şəbəkə üçün 44 milyard dollar ödəyib və şirkətin 9 faiz səhmini alıb. "Tviter"dən aktiv şəkildə istifadə edən İlon Maskın platformada 80 milyondan çox izləyicisi var.

Mask ilk dəfə bu il aprelin ortalarında "Tviter"i almaq istəyindən danışmışdı. Qeyd etmişdi ki, sosial şəbəkəni daha da yaxşılaşdırmaq, onu "dünyada söz azadlığını ifadə etmək məkanı"na çevirmək istəyir. Axı platforma son vaxtlar moderasiya siyasətinə görə tez-tez tənqid olunur. Üstəlik, milyarder ona yeni funksiyalar əlavə etmək və spam-botları məğlub etmək niyyətini də açıqlamışdı.

"Bu, uğurlu yatırımdır. "Tviter" reklamdan kifayət qədər böyük həcmdə gəlirlər əldə edir. Hədəf isə əsasən yetkin insanlar auditoriyasıdır", - deyən İlon Mask əmindir ki, sosial şəbəkə məhz onun rəhbərliyi altında azad fikir ifadəsi platformasına çevriləcək. Düzdür, ekspertlər hesab edirlər ki, Mask öz imkanlarını həddən artıq yüksək qiymətləndirir və o, heç də bütün hədəflərinə asanlıqla nail ola bilməyəcək. Axı bu və ya digər dövlətin siyasətindən tam azad olan bir platforma hələ ki yoxdur. Lakin İlon Maskın bunu edə biləcəyinə əmin olanlar da az deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video