İlk sabunabənzər maddə Babildə tapılıb
İlk vaxtlar insanlar sabun əvəzinə qum, gil, müxtəlif yağlar və daşlardan istifadə edirdilər. Arxeoloji qazıntılar zamanı ilk sabunabənzər maddə Babildə tapılıb.
Sabun istehsalının tarixi ən azı altı min ildir. Qədim yunanlar bədəni qumla, xüsusilə Nil sahillərindən gətirilən incə qumla təmizləyirdilər. Qədim misirlilər üzlərini suda həll edilmiş bal mumu pastası ilə yuyardılar. Odun külü ilə yuyulma da uzun müddət dəbdə olub.
Sabunun ixtirasına görə bəşəriyyətin kimə borclu olduğu ilə bağlı mübahisə hələ də davam edir. Bu ixtiranın bir neçə qədim xalqla bağlı olduğu deyilir. Romalı alim və siyasətçi Pliniy Elder iddia edirdi ki, bəşəriyyət yuyucu vasitələrlə tanışlığına görə nə yüksək sivilizasiyalı misirlilərə, nə də bacarıqlı yunanlar və ya babillilərə deyil, romalıların “daha yaxşı tanış olduqları” vəhşi Qalli tayfalarına borcludur.
Tarixçinin dediyinə görə, Qalli tayfaları fıstıq ağacının piyindən və külündən möcüzəvi məlhəm hazırlayıblar ki, bu məlhəm saçları təmizləmək və rəngləmək, həmçinin dəri xəstəliklərini müalicə etmək üçün istifadə olunub. II əsrdə bu “məlhəm”dən Roma əyalətlərində əlləri, üzü və bədəni yumaq üçün istifadə edilib. Qədim romalılar bu qarışığa dəniz bitkilərinin külünü qatıblar və sonda yüksək keyfiyyətli sabun yaradıblar.
Lakin alimlərin son kəşfləri bu versiya ilə üst-üstə düşmür. Belə ki, sabunun hazırlanması prosesi eramızdan əvvəl 2500-cü ilə aid Şumer gil lövhələrində tapılıb. Burada sabunun hazırlanması metodu odun külü və suyun qarışığına əsaslandırılıb.
Rəvayətə görə, sabun sözünün özü tanrılara qurbanların kəsildiyi Sapo dağının adından yaranıb. Yavaş-yavaş “tanrıların hədiyyəsi”ndən təkcə paltar yumaq üçün deyil, həm də bədəni yumaq üçün istifadə etməyə başlanılıb.
Sabunun hazırlanması üsulu uzun müddət sirr kimi saxlanılıb. İngiltərə kralı IV Henri hətta sabun ustasına başqa sənətkarlarla eyni dam altında gecələməyi qadağan edən qanun imzalayıb. Böyük miqyasda sabun istehsalı yalnız sabunun sənaye istehsalı inkişaf etdikdən sonra mümkün olub. Sabunun ilk sənaye istehsalı isə İtaliyada baş tutub. XV əsrdə İtaliyada ilk dəfə bərk sabun istehsal etməyə başlayıblar. O zaman sabun istehsalı üçün yağlar kül ilə deyil, təbii soda ilə birləşdirilirdi. Bu, sabunun maya dəyərini xeyli aşağı salırdı və nəticədə sabun istehsalı sənətkarlıq istehsalı kateqoriyasından kütləvi istehsala keçmişdi.
XX əsrin əvvəllərində sabun istehsalı demək olar ki, hər yerdə sənaye xarakteri aldı. Sənaye üsulu ilə hazırlanmış sabunun qiyməti istehlakçılar üçün getdikcə daha münasib oldu və tədricən ev şəraitində sabunun istehsalı nadir bir hadisəyə çevrildi.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən
25 May
Parlamentdə 2021-ci il dövlət büdcəsinin icrası müzakirə ediləcək
25 May
Mikayıl Cabbarov: Davos Dünya İqtisadi Forumu çərçivəsində təhlükəsiz və dayanıqlı enerji sisteminə ...
25 May
Səbinə Əliyeva: Ümid edirik ki, türk dövlətləri ombudsmanları Şuşada gördükləri dağıntılar barədə dü...
25 May
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub
25 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
25 May
Nazir müavini Şamaxı rayonunda vətəndaşlarla görüşüb
25 May
İran sərhədinə doğru yeni yolun və sərhəddə körpünün tikintisi davam etdirilir VİDEO ...
25 May
Volfqanq Maniq: Şuşa Almaniya şəhərlərindən biri ilə qardaşlaşa bilər
25 May
Səlcuq Bayraqdar: “TEKNOFEST” Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcək ...
25 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!