04 Fevral 2025 08:40
598
SİYASƏT
A- A+
Humanitar adı altında casusluq əməlləri

Humanitar adı altında casusluq əməlləri


USAID-in son illərdəki fəaliyyətinin yoxlanılması qaranlıq məqamlara aydınlıq gətirəcək


"Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı Qərb dövlətləri və institutlarının qərəzli münasibəti davam edir. Bu işdə Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti ilə yanaşı, ABŞ-nin USAID adlanan Beynəlxalq İnkişaf Agentliyi də fəallığı ilə seçilir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, USAID təsis olunduğu gündən humanitar fəaliyyət ilə deyil, ölkəsinin müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi tanınıb. Dövlət Departamentinə bağlı bu təşkilatın aparıcı üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu da heç kimə sirr deyil. Bu təşkilatın əsl məqsədi çoxdan ifşa olunub. Məqsəd ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, bunun üçün özünə həmin ölkələrdə dayaq nöqtələri formalaşdırmaqdır. Bu qərəzli qurum müxtəlif QHT-lərə, media mənsublarına maliyyələr ayırmaqla onları asılı vəziyyətə gətirir, sonra isə öz maraqlarını həmin təşkilatlar vasitəsilə həyata keçirməyə çalışır, ölkələrin daxilindəki proseslərə bu yolla təsir göstərir. "Bizim ölkəmiz də istisna deyil. USAID dəfələrlə Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edib, öz rəhbərinin dili ilə böhtanla dolu, humanitar fəaliyyətin ruhuna zidd olan bəyanatlar səsləndirib, hazırda məhkəməsi gedən müharibə cinayətkarında ittiham olunanların azadlığa buraxılması barədə çağırışlar edib. Bu təşkilat ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərər vurmaqla yanaşı, regionumuzda gərginlik yaratmağa çalışıb. Ermənistanın hərbiləşdirilməsinə cəhd göstərir. Rəsmi Bakı isə dəfələrlə ermənipərəst təşkilatın anti-Azərbaycan mövqeyini, səsləndirdiyi bəyanatları sərt tənqid edib, ABŞ rəhbərliyinə bununla bağlı öz mesajlarını çatdırıb. Heç də təsadüfi deyil ki, ötən ilin oktyabrında Milli Məclisin bir qrup deputatı da xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını xahiş edib", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri USAID-i kəskin tənqid edərək, onu "ölməli cinayətkar təşkilat" adlandırıb, Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası kimi təsvir edib. Onun nəticəsidir ki, təşkilatın rəsmi internet və sosial media səhifələri bağlanıb, bir çox işçisi işdən kənarlaşdırılıb.

K.Bayramov düşünür ki, bu qurumun son illərdəki fəaliyyətinin yoxlanılması hələ çox qaranlıq məqamlara aydınlıq gətirəcək, bir çox cinayətlərin üstünü açacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!