09 Avqust 2022 13:33
445
SİYASƏT
A- A+

Hulusi Akar: Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir

 

Azərbaycan bizim dostumuz, can qardaşımızdır. Azərbaycan torpaqlarını işğaldan zad etmək üçün 30 ilə yaxın danışıqlar apardı. Ölkə ərazisinin 20 faizi işğal altında idi, çox sayda məcburi köçkünü var idi. Lakin bütün bunlara baxmayaraq, dünya bu hadisəyə biganə yanaşdı. Azərbaycanlı qardaşlarımız sonda “Yetər artıq!” deyərək əməliyyata başladılar. Şükürlər olsun ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada keçirilən XIII Səfirlər konfransında çıxışı zamanı ifadə edib.

Hazırda Cənubi Qafqazda bərpa edilən sülhün Ermənistan üçün də bir fürsət olduğunu vurğulayan nazir, həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video