18 Dekabr 2021 00:24
755
Elm və texnika
A- A+

Himalay zirvələrində 5G antenləri yerləşdirilib

 

“Huawei” şirkəti 5G ilə hazırda şəbəkə ekosistemdə liderdir. Müxtəlif ölkələri 5G antenaları ilə təmin edən çinlilər   bu dəfə daha bir maraqlı addım atıblar. “Huawei” “China Mobile” ilə birlikdə Himalay dağlarının ən yüksək zirvəsi olan Everestə 5G antenaları yerləşdirib. Antenalar yerdən 5800 metr hündürlükdədir.

Səkkiz ton ağırlığında olan cihazları bu yüksəkliyə qaldırmaq elə də asan olmayıb. Bu işə 150 fəhlə-alpinist cəlb olunub. Aparılan sürət testlərinin nəticələrində hətta bu yüksəklikdə belə 1 Gbps sürətə çatmaq mümkün olub. Növbəti hədəfi isə 6500 metr yüksəkliyi fəth etməkdir.

Məlumat üçün deyək ki, 2013-cü ildən bu yana Everestdə 4G şəbəkəsi üçün antenlər fəaliyyət göstərir. Bunun nəticəsində Himalaya çıxan alpinistlər və turistlər HD videolar çəkərək onları rahatlıqla paylaşa bilirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video