21 Yanvar 2022 16:29
795
DÜNYA
A- A+

Himalay dağlarında buzlaqlar sürətlə əriyir

 

Böyük Britaniyanın bir neçə universiteti alimlərin Himalay dağlarında buzlaqların əriməsi ilə bağlı həyəcanverici nəticələr doğuran araşdırmalarını təqdim edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaların nəticələrinə görə, Himalay dağlarında buzlaqların ərimə sürəti əvvəlki yeddi yüzilliklə müqayisədə son dörd onillikdə 10 dəfə artıb.

Qeyd edək ki, Himalay “üçüncü qütb” adlanır: bu dağ silsiləsi Antarktida və Arktikadan sonra dünyada üçüncü ən böyük buz qatına malikdir. Bu bölgələrin hər ikisi kimi, Himalay da iqlim dəyişikliyinin təsirinə məruz qalır yaşayır. Kiçik Buz Dövrünün başlanmasından (XIV əsr) ötən 700 il ərzində Himalay buzlaqları ərazisinin təxminən 40 faizini itirib.

Buz örtüyünün nazikləşmə sürəti son illərdə daha da artıb. Ən sürətli buz itkisi Şərqi Nepal və Butanda müşahidə olunur. Alimlər artıq xəbərdarlıq edirlər ki, əriyən buzlaqlar Cənubi Asiyada milyonlarla insanın taleyini həll edəcək kənd təsərrüfatını və əkin sahələrinin su təchizatını təhlükə altına alır. Uzunmüddətli perspektivdə isə proses dəniz səviyyəsinin qalxması ilə nəticələnə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video