23 Sentyabr 2024 12:11
588
Mədəniyyət
A- A+
Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim edilib

Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” layihəsi təqdim edilib

Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində “Opera və moda. 7 gözəl” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, “SULTAN COUTURE&Co” brendinin bu layihəsi incəsənətin iki aparıcı istiqaməti – musiqi və dəbin vəhdəti ideyasını çatdırır.

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera geyimləri modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. “Opera və moda. 7 gözəl” də səhnədə rəssam-modelyer Orxan Sultanın təqdimatında Azərbaycan kəlağayısının ornamentləri və milli geyimlərimizin elementlərini müasir ziyafət libaslarında birləşdirir.

Konsertin repertuarını Azərbaycan operaları, operettaları, romans və duetlərindəki ariyaların dünya əsərləri ilə sintezi təşkil edib. Həmin gün Heydər Əliyev Mərkəzində dünyanın aparıcı operalarından dəvət alan və ən böyük musiqi səhnələrində ifa edən vokalçılar - Azərbaycanın Əməkdar artisti Afaq Abbasova, Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos, Azərbaycanın Əməkdar artisti, “Helikon-opera” Moskva Musiqili Teatrının dəvət olunmuş solisti Elnarə Məmmədova, Rusiyanın “Bolşoy Teatr”ının solisti Jalə İsmayılova, Özbəkistanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının və İtaliyanın “La Skala” Opera Teatrının dəvət olunmuş solisti Şirin Mamatova, beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Yuliya Süleymanova, eyni zamanda dəvət olunmuş qonaq qismində Azərbaycanın Əməkdar artisti Ramil Qasımov çıxış ediblər.

İfaçıları dirijor Orxan Həşimovun rəhbərliyi ilə “Qarabağ” simfonik orkestri müşayiət edib.

Gecə ərzində Heydər Əliyev Mərkəzinin səhnəsində ifaçıların obrazı bir neçə dəfə yenilənib. Opera divalarının Orxan Sultanın Azərbaycanın milli geyimlərinin motivləri əsasında yaratdığı fərqli və orijinal ziyafət libaslarını həm də məşhur LEO PIZZO brendinin zərgərlik nümunələri tamamlayıb.

Konsert proqramı ifaçıların “Azərbaycan” mahnısının və Cüzeppe Verdinin “Traviata” operasından ariyanın birgə ifası ilə başa çatıb.

Həmin gün, həmçinin Heydər Əliyev Mərkəzində sərgi də təqdim edilib. Ekspozisiyada “SULTAN COUTURE” tərəfindən hazırlanan müxtəlif geyimlər nümayiş olunub.

Layihədə ilk dəfə çıxış etdiyini bildirən Azərbaycanın Əməkdar artisti Afaq Abbasova konsertin çox uğurla yekunlaşdığını diqqətə çatdırıb. O, fikirlərinə belə davam edib: "Opera ilə modanın vəhdəti çox cəzbedicidir. Əslində teatrlarda kostyumlara görə modelyerlərlə xüsusi eskizlər üzərində işləyirlər. Hazırda dünyada klassik operalar üzərində geyimlərin hazırlanması trendi var. Bu, çox gözəl haldır. Çünki bu zaman ifalarla geyimlər bir-biri ilə vəhdət təşkil edir. Bu, tendensiya halını alsa çox gözəl olar".

Azərbaycanın Əməkdar artisti Elnarə Məmmədova deyib: "Heyrətamiz bir hadisə ilə əlaqədar yenidən Vətənə gəlmişəm. Ümumiyyətlə, opera və modanın harmoniyası həmişə çox maraq cəlb edib. “Opera və moda. 7 gözəl” konsertində gözəl geyimlərdə çıxış etdik, möhtəşəm musiqilər ifa etdik və səhnəni bəzədik".

Beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva sehrli bir konsertdə iştirak etdiyini və inanılmaz emosiyalar aldığını qeyd edib: "İlk dəfə Azərbaycan dilində "Sevil" operasından "Dilbərin ariyası"nı ifa etdim. Ən melodik dil, ən gözəl musiqi... Hər gün, hər həftə, hər ay olmaq istədiyim yerdə idim, aldığım təəssüratlar unudulmazdır. Ümid edirəm ki, konsertdə olan hər kəs də bizimlə birgə heyrətamiz emosiyaları aldı".

Bakının onun ən sevdiyi şəhərlərdən biri olduğunu və burada olmaqdan xoşbəxtlik duyduğunu deyən Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos möhtəşəm Heydər Əliyev Mərkəzində opera və modanın harmoniyası ilə əsl bayram əhvali-ruhiyyəsi yaradıldığını və bundan həm ifaçıların, həm də tamaşaçıların zövq aldığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!