23 Yanvar 2022 00:10
1140
Təhsil
A- A+

Heydər Əliyev Fondu daha bir məktəb binası istifadəyə vermişdir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər Goranboyda bir neçə məktəb binası inşa edilərək istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən məktəb binalarının yenilənməsi bu gün də davam etdirilir. Bu günlərdə fondun 1 nömrəli şəhər tam orta məktəbi üçün inşa etdirdiyi bina istifadəyə verilmişdir. 

1937-ci ildə inşa edilən məktəbdə uzun illər heç bir təmir işi aparılmadığından qəzalı vəziyyətə düşmüşdü. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. 700 şagird yerlik olan üçmərtəbəli məktəb binasında demək olar ki, hər bir şərait yaradılmışdır. 40 sinif otağından ibarət olan binada əyani vasitələrlə təchiz olunmuş fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, eləcə də qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, həmçinin akt və idman zalları yaradılmışdır. Məktəbin həyətində isə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video