13 May 2022 00:11
649
ELANLAR

"Həyatı daha dolğun edirik!" - "Azercell"dən sosial layihə müsabiqəsi

 

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan "Azercell Telekom" "bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" təməl strateji məqsədini əsas tutaraq sosial layihə müsabiqəsi elan edir. Müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Müsabiqə üç əsas istiqamət - təhsil, mədəniyyət və sağlamlıq sahələrinə dair layihələrin həyata keçirilməsini təşviq edir. Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:

- Təhsilin müasir texnoloji həllər vasitəsilə təkmilləşdirilməsinə dəstək;

- Mədəniyyət və mədəni maarifçiliyin inkişafına müasir texnoloji həllər vasitəsilə dəstək;

- Ekoloji, fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin inkişafına rəqəmsal həllərin təsiri ilə dəstək.

Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin daha geniş insan qruplarına fayda verə bilməsi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə də xüsusi önəm veriləcək.

Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr "Azercell" şirkətində müvafiq sahədə çalışan peşəkarlarla yanaşı, ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Münsiflər heyəti təqdim olunacaq bütün layihələri üç başlıca meyar əsasında dəyərləndirəcək:

- Layihənin dayanıqlığı;

- Layihənin sosial təsiri;

- Layihə xərclərinin səmərəliyi.

Nəzərə çatdıraq ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.

Layihə qəbulu şərtləri ilə tanış olmaq və müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmək üçün göstərilən link vasitəsilə "Azercell"in rəsmi saytındakı müvafiq bölməyə keçid etmək olar:

https://bit.ly/sosial-layihe-az

Qeyd edək ki, sosial müsabiqəyə layihələrin qəbulu 11.05.2022-ci il tarixdən etibarən bir ay ərzində aparılacaq. Layihədə iştirak üçün son qəbul tarixi 11 iyun 2022-ci ildir.

"Azercell Telekom" fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video